Ağsuda dəhşətli yanğın » EMTV.az
03 avq 12:03Oxunub: 602 |

Ağsuda dəhşətli yanğın

Ağsuda dəhşətli yanğın
"EMTV.az" APA-ya istinadla bildirir ki, avqustun 2-də saat 14:00 radələrində Ağsu rayonunun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verən yanğın getdikcə geniş ərazini əhatə edib.

Kənd bələdiyyəsinə məxsus ərazidə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Ağsu, İsmayıllı, Göyçay, Kürdəmir və Şamaxı rayonlarının yanğından mühafizə hissələrinin maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın dağlıq və kol-koslu ərazidə baş verdiyi üçün alovun qarşısını almaq çətinləşib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısını bu gün səhər saat 8:00 radələrində almaq mümkün olub. yanğnın Bico kəndindəki evlərə, qəbiristanlığa və meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Ümumilikdə 105 hektar sahədə ağaclar, kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyinin təşkilatçılığı ilə "EsmaMedia TV" İnternet kanalında Azərbaycan Mətbuatının yaranmasının 143-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
Oxunub: 1327
XƏBƏR LENTİ

Reklam
Məzənnə