17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Türkiyə nüvə silahı istehsal edəcək gücdədir – Rusiyalı ekspert
Türkiyə çox inkişaf etmiş ölkədir və lazım gələrsə, nüvə silahının yaradılması ilə bağlı mütəxəssislər hazırlaya bilər.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert İqor Nikulin deyib.
“Türkiyə həm daxildə bu yöndə mütəxəssislər yetişdirə bilər, həm də xaricdən dəvət edə bilər. Əgər Türkiyə təkbaşına hərəkət etsə 10 ilə, texniki yardımla isə 5-6 ilə nüvə silahına sahib ola bilər”, – deyə ekspert bildirib.
Qeyd edək ki, Almaniyanın keçmiş xarici işlər naziri Qabriel Türkiyənin Qərbdən tamamilə ayrılması durumunda Ankaranın nüvə silahına sahib olacağını bildirmişdi.
Seymur Rəhimov,
Emtv.az