SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənistan Hindistanın “Pinaka” reaktiv sistemləri ilə maraqlanır

26-08-2018, 12:35 | Oxunub: 6 880 |

Ermənistan Hindistanın “Pinaka” reaktiv sistemləri ilə maraqlanır

Ermənistan öz silahlı qüvvələrinin silah təchizatını şaxələndirmək üçün növbəti cəhd göstərib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bir neçə il əvvəl Çindən 3-4 vahid 300 millimetrlik WM-80 reaktiv yaylım atəşi sistemləri (hazırda bu sistemlər köhnəlmiş hesab edilir, yüksək dəqiqliyə malik deyil) əldə edən Yerevan bu dəfə Hindistanın “Pinaka” reaktiv yaylım atəşi sistemlərinə maraq göstərir.

Bu barədə məlumatı “The Times of İndia” nəşri Hindistanın silah təhqiqatları və istehsalı Fondunun direktoru K.M.Radjaya istinadən yayıb. Hindistan rəsmisi deyib ki, Ermənistan nümayəndə heyəti “Pinaka” reaktiv yaylım atəşi sistemləri ilə tanış olub, döyüş atışlarını izləyib. Onun sözlərinə görə, Ermənistan bu sistemlərin iki modifikasiyasına maraq göstərir və iki ölkə hökumətləri arasında danışıqlar davam edir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bu məlumatla bağlı bildirib ki, erməni nümayəndə heyəti Hindistana səfər zamanı bir sıra silah nümunələri ilə tanış olublar. Və onların arasında “maraq kəsb edən növlər” var.
Ermənistanın Hindistan silahlarına maraq göstərməsinin iki motivi ola bilər. Birincisi, Nikol Paşinyanın hökuməti ilə Rusiya arasında münasibətlər qətiyyən yaxşı deyil və Moskvadan mesajlar verilir ki, Ermənistana kredit hesabına ucuz rus silahlarının təchizatı dayandıra bilər. Yəni Ermənistan Rusiyadan silah almaq istəyirsə bunun əvəzini Rusiyanın ayırdığı güzəştli kredit hesabına yox, “diri pulla” ödəməli olardı.

İkincisi, Ermənistan çoxdandır silah təchizatını şaxələndirmək üçün uğursuz cəhdlər edir, öz hərbi sənayesini yaratmağa can atır və üçüncü ölkələrdən silah almağa çalışır. Bu baxımdan nisbətən ucuz Hindistan silahları cəlbedici görünə bilər.

“Pinaka” reaktiv yaylım atəşi sistemlərinə gəlincə Hindistan bu sistemləri ötən əsrin 80-ci illərindən etibarən sovet istehsalı “Qrad”ları əvəzləmək üçün işləyib hazırlamağa başlayıb. 1999-cu ildə ilk dəfə Hindistan ordusunun silahlanmasına qəbul edilib və Hindistan-Pakistan sərhəd toqquşmalarında ilk dəfə tətbiq olunub. Bir neçə il əvvələ olan məlumata görə Hindistan ordusunun silahlanmasında 80-ə qədər “Pinaka” reaktiv yaylım atəşi sistemi var idi.

214 millimetrlik “Pinaka” sistemləri hədəfi minimal 10, maksimal 40 kilometr məsafədə vura bilir. Hədəfdən yayınma raketin uçuş məsafəsinin 1-4 faizi qədərdir, yəni bu sistemlər yüksək dəqiqliyi ilə tanınmır.

“Pinaka” reaktiv sistemləri həm tırtıllı, həm təkərli şassi üzərində quraşdırılıb. Sistem hərəsi 6 buraxılış borusundan ibarət olmaqla iki “paketdən” ibarətdir. Birinci paketdəki raketlər sərf olunandan sonra ikinci paket bir neçə dəqiqə ərzində yüklənir.

2006-cı ildə “Pinaka”nın yaradıcıları sistem üçün uçuş məsafəsi 120 kilometr, döyüş başlığının çəkisi 250 kiloqram olan yeni raketlər işləyib hazırladıqlarını elan ediblər. Bu raketlərin Hindistan ordusunun silahlanmasına 2012-ci ildə daxil olduğu təxmin edilir.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR