SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycanın Səsi" İctimai Birliyinin Sədri Faiq Əhmədov Mehriban Xanım Əliyevaya Müraciət Göndərdi

25-08-2018, 21:34 | Oxunub: 1634 |

Faiq Əhmədov: “Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkəmizə,
xalqımıza misilsiz tövhələr bəxş edib”

"Azərbaycanın Səsi" İctimai Birliyinin Sədri Faiq Əhmədov Mehriban Xanım Əliyevaya Müraciət Göndərdi

Emtv.az xəbər verir ki, müraciətdə deyilir!

Avqust ayının 26-da Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Hamımıza məlumdur ki, Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti və millət vəkili kimi doğma Vətənimizin yüksəlişi, Azərbaycanın xoşbəxt və təminatlı gələcəyi naminə göstərdiyi çoxşaxəli fəaliyyəti ölkəmizə, xalqımıza həqiqətən də misilsiz tövhələr bəxş edib.

Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2004-cü ildən bu günə qədər bir çox önəmli layihələr, qlobal proqramlar həyata keçirilib.

2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq, Mehriban xanım Əliyevanın gördüyü böyük işlər, seçicilərinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində atdığı addımlar da xüsusi olaraq qeyd edilməlidir.

Həmçinin Mehriban xanım Əliyevanın deputat kimi göstərdiyi geniş beynəlxalq fəaliyyəti də Azərbaycanın beynəlxalq nüfuzunun daim artmasına, müxtəlif ölkələrdə dostlarımızın çoxalmasına xidmət edib.

Bu gün isə, Mehriban xanım Əliyeva artıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində ölkəmizin və xalqımızın rifahı naminə daha geniş əhatədə öz fəaliyyətini davam etdirir.

Onun təkcə Azərbaycan üçün deyil, bütün Türk Dünyası və ümumiyyətlə bəşəriyyət üçün olan xidmətləri Mehriban xanım Əliyevanı bu gün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderinə çevirib.

Hörmətli Mehriban xanım Əliyeva!

Fürsətdən istifadə edib, şəxsən öz adımdan və rəhbərlik etdiyim kollektivin bütün üzvləri adından doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm, sizə uzun ömür, möhkəm can sağlığı, gözəl ailənizlə birgə sonsuz sayda xoşbəxt illər və Azərbaycan adına yeni-yeni nailiyyətlər arzulayıram!

"Azərbaycanın Səsi" İctimai Birliyinin Sədri Faiq Əhmədov Mehriban Xanım Əliyevaya Müraciət Göndərdi

"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri,
Azərbaycan Jurnalistlər Birliyinin və
İraq-Türkmən Yazarlar Birliyinin üzvü,
tanınmış yazar-publisist, şair Faiq ƏHMƏDOV.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR