17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycanın ümumi dövlət borcunun məbləği açıqlandı
Azərbaycan Respublikasının ümumi dövlət borcunun mövcud vəziyyəti açıqlanıb.
Emtv.az yerli mətbuata istinadən xər verir ki, bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd edilib.
2018-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikası dövlət borcunun ümumi məbləği 17.007,4 milyon manat təşkil edib.
Sənəddə göstərilib ki, məcmu dövlət borcunun 15.978,1 milyon manatı (9.398,3 milyon ABŞ dolları) və ya 93,9 faizi xarici, 1.029,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil etmişdir. Məcmu dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olub.
Xarici dövlət borcunun 3.331,4 milyon ABŞ dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5.510,4 milyon ABŞ dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 milyon ABŞ dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.
Sevinc Əlimova,
Emtv.az
Paylaş: