SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan xaricdən 2,075 mlrd. dollar birbaşa kredit cəlb etməyi nəzərdə tutur

25-08-2018, 16:36 | Oxunub: 7 689 |

Azərbaycan xaricdən 2,075 mlrd. dollar birbaşa kredit cəlb etməyi nəzərdə tutur

2018-2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin həyata keçirəcəyi yeni birbaşa xarici dövlət borcalmalarının 2,075 mlrd. ABŞ dolları olacağı proqnozlaşdırılır.

Emtv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

Bu məbləğə islahat üçün Asiya İnkişaf Bankından (ADB) 500 mln. dollar, “Azərbaycan Dəmir Yolları” QSC-nin sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən 325 mln. dollar, xarici valyuta nominallı dövlət qiymətli kağızlarının yenidən maliyyələşdirilməsinə 1,250 mlrd. dollar kredit cəlbi daxildir.

Sənəddə bildirilib ki, son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcə gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri edir. Buna görə də 2018-ci ildə və növbəti illərdə yalnız bir sıra prioritet hesab edilən layihələr üzrə birbaşa və dövlət zəmanəti əsasında kredit vəsaitinin cəlb edilməsi nəzərdə tutulur.

2018-2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin zəmanət verəcəyi xarici dövlət borcalmaları məbləği isə 2,6 mlrd. dollar və 134,8 mln. İsveçrə frankı proqnozlaşdırılır.

Bura “Cənub Qaz Dəhlizi” QSC-nin Cənub Qaz Dəhlizi layihəsi üçün cəlb etməyi planlaşdırdığı 2,250 mlrd. dollar məbləğində kreditə, “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin “Stadler” şirkətindən 30 ədəd sərnişin vaqonunun alınması üçün cəlb edəcəyi 134,8 mln. İsveçrə frankı məbləğə, “Azərikimya” İB-nin rekonstruksiya işlərinin aparılmasına 350 mln. dollar məbləğində kredit cəlbinə dövlət zəmanəti daxildir.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR