SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bu obyektlərin sahibləri məsuliyyətə cəlb olundu – Foto

24-08-2018, 10:59 | Oxunub: 10 798 |

Bu obyektlərin sahibləri məsuliyyətə cəlb olundu – Foto

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi, Sabunçu və Xəzər rayonlarında birgə reydlər keçirilib.

Emtv.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Novxanı qəsəbəsinin ərazisindəki çimərliklərdən başlayan tədbir zamanı çimərlik ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılmasına görə “Bizim Kəndimiz”, eləcə də “Sultan” ailəvi istirahət mərkəzlərinin icarədarları – İlqar Allahverdiyevlə Fərahim Möhbalıyev barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinə əsasən protokollar tərtib edilib.

Xəzər dənizinin sahil zolağında, çimərliklərdə və digər istirahət zonalarında sanitar-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı növbəti reyd Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilib. Qanunvericiliyin tələblərinə zidd olaraq dəniz kənarında sənaye və məişət tullantılarının yandırılmasına görə “Palma”, “Günəş”, “Şam Ağacı” restoranlarının icarədarları – Elvin Həsənov, Füzuli Mehdiyev və Hüseyn Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunublar.

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında analoji tədbir Xəzər rayonu, Mərdəkan qəsəbəsində də həyata keçirilib. Yoxlama zamanı müəyyən edilib ki, qəsəbə ərazisindəki bağlar massivində məişət tullantıları sanitar-gigyena qaydalarına riayət olunmadan yandırılma yolu ilə məhv edilir. Bu isə ətrafa pis qoxunun yayılması və ekoloji mühitin kobud şəkildə pozulması ilə nəticələnir. Qəsəbə ərazisində məişət tullantılarının daşınmasını təmin etmədiyinə və yandırılmasına görə Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib edilib.

Bu maddəyə əsasən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirlər.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri də dənizkənarı kafe və restoranlarda, həmçinin qəsəbələrdə tullantıların ətrafa və dənizə atılmasının qarşısını almaqdır. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən digər aidiyyəti dövlət qurumları ilə bu tipli birgə reydlər və yoxlamalar bundan sonra da davam etdiriləcək.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR