20 avq 14:24Oxunub: 795 |

İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR

17 avqust 2018-ci il tarixində “EsmaMedia TV” internet televiziya kanalının ofisində İraq-Türkmən ədəbi ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir.

İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR

İraq-Türkmən Yazarlar birliyinin iki üzvü, “Türkmeneli” qəzetinin redaktoru, yazar Felah Həsən Yazaroğlu və şair Ahmet Abdullah Kərküklü “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, yazıçı-publisist, şair Faiq Əhmədovun qonağı olmuşlar. Görüşdə həmçinin “EsmaMedia TV” internet televiziya kanalının icraçı direktoru Fəridə Yaşar, yazar Məhəmməd Əliyev də iştirak etmişlər.

Emtv.az xəbər verir ki, görüşdə Türkdilli xalqların ədəbiyyatı mövzusunda maraqlı müzakirələr yer almış, müasir İraq-Türkmən və Azərbaycan ədəbiyyatında mövcud olan müxtəlif cərəyanlar barədə fikir mübadiləsi aparılmışdır.

Həmçinin görüş zamanı hər iki ölkənin müasir jurnalistikasında cərəyan edən proseslər, müşahidə olunan problemlər də müzakirə olunmuşdur.

Xüsusi olaraq qeyd olunmuşdur ki, İraq-Türkmən və Azərbaycan ədəbiyyatının nümayəndələri arasında qarşılıqlı əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi çox vacib bir məsələdir və bu, ümumilikdə Türkdilli xalqların ədəbiyyatının bütün dünyada daha da tanınması işinə öz əhəmiyyətli tövhələrini verə bilər.

Bu məqsədlə müştərək İraq-Azərbaycan ədəbi dərnəyinin yaradılması barədə ilkin razılıq da əldə olunmuşdur.

Qərara alınmışdır ki, yeni layihənin ətraflı müzakirəsi məqsədilə hər iki tərəfdən daha geniş tərkibli heyətlə növbəti görüş keçirilsin.

Faiq Əhmədovun təklifi ilə növbəti görüşün də Bakıda, təxminən bu ilin sonlarında keçiriləcəyi qərara alınıb.

Həmin görüşdə İraq-Türkmən Yazarlar birliyinin sədrinin rəhbərlik edəcəyi və tanınmış yazar və şairlərdən ibarət, təxminən 15 nəfərlik nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov özü də İraq-Türkmən Yazarlar birliyinin üzvüdür.

Hər iki tərəfin rəyinə görə, İraq-Türkmən və Azərbaycan ədəbi ictimaiyyətinin nümayəndələri arasında görüş kifayət qədər səmərəli keçib və mühüm nəticələr əldə olunub.

Sonda qonaqlar azərbaycanlı həmkarlarına İraq-Türkmən yazarlarının kitablarını hədiyyə etmişlər. Öz növbəsində Fəridə Yaşar da qonaqlara mükafatlar təqdim etmişdir.

Görüş başa çatdıqdan sonra xatirə foto-şəkilləri çəkilmişdir.

Hazırladı: Sevinc Əlimova,
Fotolar: Vasif Mustafayevə aiddir,
Emtv.az

İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR
İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR
İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR
İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR
İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR
İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR
İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR
İraq-Türkmən yazarları “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun qonağı olmuşlar - FOTOLAR
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 1210
XƏBƏR LENTİ

Reklam
Məzənnə