17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Bakıda dayanacağın ətrafına çəkilmiş hasar söküldü – Fotolar
Dayanacağın ətrafına çəkilmiş dhasar söküldü
Xətai rayonu İnqilab İsmayılov küçəsindəki avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.
Emtv.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuata məlumat verib.
O bildirib ki, problemlə əlaqədar BNA-ya vətəndaşlar məlumat veriblər və müraciət əsasında əraziyə baxış keçirilib: “Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib. Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb.
Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir”.
***
Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb.
Agentlikdən bildirib ki, hazırda ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün şərait yaradılır.
Sevinc, Emtv.az
Paylaş: