SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Əgər Qərbin yanında olmaq istəyirsənsə, onda Qarabağda bizdən deyil, Qərbdən kömək istə” – Rusiyadan Paşinyana sərt ultimatum

16-08-2018, 13:08 | Oxunub: 9 241 |

“Əgər Qərbin yanında olmaq istəyirsənsə, onda Qarabağda bizdən deyil, Qərbdən kömək istə” – Rusiyadan Paşinyana sərt ultimatum

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq NATO və ABŞ-la çox sıx əməkdaşlıq edir.

Emtv.az xəbər verir ki, bunu MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev deyib. Onun fikirincə, Ermənistanın ikili oyunu rəsmi İrəvan üçün ağır nəticələnə bilər.

“Zamanında Serj Sərkisyan iki stulda oturmağa cəhd etdi. Nikol Paşinyan isə faktiki olaraq Qərblə əməkdaşlığını aktivləşdirib.

Ermənistan Avraisya İqtisadi ittifaqının üzvü olaraq Avropa İttifaqı ilə ciddi əhəmiyyət daşımasa da hansısa saziş imzalayır”- direktor müavini bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfirliyi Cənubi Qafqazda ən böyük səfirliyi hesab olunur.

“ABŞ-ın İrəvandakı səfirliyi ərazisində iki min əsgər yerləşə bilər”.

Yevseyev deyib ki, Ermənistan komplementar siyasət çərçivəsində beynəlxalq aləmdə siyasətini dəyişməyə çalışır.

“Serj Sərkisyan dövründə Ermənistanın Rusiyaya yönəlik siyasət vektoru Qərbə meylləndi. Paşinyan isə Qərbin stulunda əyləşmək istəyir. Buna baxmayaraq Paşinyan Rusiyadan ucuz təbii qaz və güzəştlərlə silah və sair almaq istəyir. Həmçinin, Rusiyadan Ermənistanın müdafiəsini, Türkiyədən qorunmasının təmin olunmasını istəyir. Əgər Ermənistan Qərbin yanında olmaq istəyirsə, onda Dağlıq Qarabağda bizdən deyil, Qərbdən kömək istəsin. Qoy o zaman Qərb Ermənistanı NATO üzvü olan Türkiyədən qorusun” – rus politoloq belə deyib.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR