SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı : “Azərbaycan bir qiyamçının üzündən…”

16-08-2018, 13:00 | Oxunub: 7 853 |

Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı : “Azərbaycan bir qiyamçının üzündən…”

Ermənistanın eks-prezidenti Robert Köçəryan Apellyasiya məhkəməsində onun barəsində çıxarılmış həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılması zamanı 1993-cü ildə Azərbaycanda Surət Hüseynovun qaldırdığı hərbi qiyamdan danışıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Robert Köçəryanın vəkili Ayk Alumyan erməni KİV-lərinə açıqlama verib.

Vəkilin dediyinə görə Robert Köçəryan 2008-ci il martın 1-də silahlı qüvvələrə verdiyi məxfi əmrin ordunun siyasətə müdaxiləsi üçün nəzərdə tutulmadığını deyib. Çünki həmin məxfi əmrdə ordunun nümayişçilərə qarşı tətbiq edilməsi barədə heç nə deyilmirdi.

“Robert Köçəryan əmri sadəcə ona görə verib ki, Silahlı qüvvələrin siyasətə müdaxiləsi ehtimalını aradan qaldırsın”-Alumyan bildirib.
Vəkil habelə Robert Köçəryanın Apellyasiya məhkəməsində çıxışından bir hissəni də jurnalistlərə çatdırıb.

“Robert Köçəryan məhkəmədə bildirdi ki, bizim əlimizdə təcrübə var, bizim təcrübə yox, düşmənimizin təcrübəsi. Bu hansı təcrübədir? Azərbaycanda 90-cı illərin əvvəllərində qiyam qaldırmış hansısa hərbi xadim-Surət Hüseynov var idi, hansı ki silahlı qüvvələrdə müəyyən avtoritetə malik idi və bundan istifadə edərək ordunu hakim rejimə qarşı çevirdi. Qoşun Gəncədən Bakıya yollandı. Köçəryan dedi ki, biz bunun necə baş verdiyini görmüşük. Nəticədə Azərbaycan bir qiyamçı hərbçinin hərəkətləri üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma bu vaxt ərzində Azərbaycan üç rayon itirdi. İndi Robert Köçəryan dedi ki, belə vəziyyəti 2008-ci ildə özünə rəva görə bilməzdi. Çıxışın bu hissəsi 1 mart hadisələrinə aid deyildi, fevralın 23-nə və 0038 saylı məxfi əmrə adi idi”-vəkil bildirib.

Xəbər verildiyi kimi Robert Köçəryan ötən həftə Apellyasiya məhkəməsinin qərarı ilə sərbəst buraxılıb, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib. Onun həbsdən burxılması etirazlar doğurub.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR