SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şoyqu Dağıstanda müşavirə keçirdi, Xəzərdə yeni hərbi bazanın yaradılması haqda danışdı

16-08-2018, 11:13 | Oxunub: 7 440 |

Şoyqu Dağıstanda müşavirə keçirdi, Xəzərdə yeni hərbi bazanın yaradılması haqda danışdı

Ötən bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzərin statusuna dair Konvensiyanın imzalanmasının ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dağıstanda xüsusi müşavirə keçirib və Xəzərdə yeni hərbi bazanın yaradılması işlərini müzakirə edib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Müdafiə naziri Dağıstanın Kaspiysk şəhərində mühəndis, naviqasiya-hidroqrafiya və maddi-texniki təchizat sistemlərinə malik yeni hərbi dəniz bazasının tikilməli olduğunu tapşırıb.

Şoyqu müşavirədə bildirib ki, hazırda bazanın tikintisinə hazırlıq gedir, buxtanın hərbi donanmanı iri gəmilərinin hərəkəti üçün genişləndirilməsi üçün işlər aparılır, eyni zamanda quruda infrastrukturun qurulması həyata keçirilir. Rusiyanın müdafiə naziri Kaspiyskdə qurulacaq yeni hərbi bazada hərbi qulluqçuların sayının “dəfələrlə artırılacağını” bildirib.

Müdafiə nazirinin sözlərinə görə, ən mühüm məsələlərdən biri Xəzər donanmasının gəmilərinin yeni bazada təmiri və texniki xidmət göstərilməsi üçün müvafiq infrastrukturun yaradılmasıdır. Şoyqu Mahaçqala limanında hərbi obyektlərin tikildiyini, o cümlədən 177-ci dəniz piyada polku üçün tədris-maddi bazanın yenidən qurulduğunu deyib.

Rusiya ekspertləri hesab edirlər ki, müdafiə nazirinin Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının ardınca Dağıstanda müşavirə keçirib yeni hərbi dəniz bazasına dair işləri müzakirə edilməsi təsadüfi deyil. Bu, Rusiyanın Xəzərdəki strateji maraqlarını göstərir və Moskva işarə edir ki, qapalı su hövzəsi olan Xəzərə kənar güclərin daxil olmasına qətiyyən yol vermək niyyətində deyil.

Əslində Rusiya Xəzər donanmasını son illərdə durmadan gücləndirib. Donanmanın silahlanmasına 18 yeni hərbi gəmi və köməkçi gəmilər verilib. O cümlədən “Kalibr” universal raket kompleksləri ilə silahlanmış “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq” kimi raket gəmiləri Xəzərdə üzür.

“Strateji baxımdan Rusiya üçün Kaspiyskdə bazaya malik olmaq Rusiyanın maraqlarının müdafiəsi üçün çox sərfəlidir. Müdafiə nazirinin ideyasını tam dəstəkləyirəm. Yeganə deyəcəyim odur ki, orada həddən artıq iş görülməlidir, amma buna getməyə dəyər”-Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini, general Viktor Zavarzin bildirib.

“Arsenal Oteçestva” jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik Viktor Muraxovski də Kaspiyskin hərbi baza yerləşdirmək üçün Xəzərdə ən münasib istiqamət olduğunu deyir. Ekspert xatırladır ki, sovet dövründə Xəzər donanmasının bazası Bakıda yerləşirdi, SSRİ dağılandan sonra baza Həştərxana köçürüldü. Amma Həştərxan münasib liman deyil, dəniz sahilindən uzaqdır. Üstəlik hidroloji şərait də münasib deyil. Kaspiyskdən isə gəmilər dərhal Xəzərin açıq akvatoriyasına daxil ola bilir və əməliyyat vəzifələrini daha sürətlə yerinə yetirə bilər.

Xatırladaq ki, Xəzərin statusuna dair Konvensiyada regiondan kənar dövlətlərin dənizdə hərbi iştirakını istisna edir. Ekspertlər bu məqamı Rusiyanın geosiyasi nailiyyəti hesab edirlər.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR