SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Saakaşvilidən Ukrayna prezidentinə ağır sözlər: O, Poroşenkonu təhqir etdi

15-08-2018, 18:21 | Oxunub: 8 478 |

Saakaşvilidən Ukrayna prezidentinə ağır sözlər: O, Poroşenkonu təhqir etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın prezidenti Pyotr Poroşenkonu ağıldankəm adlandırıb.

Emtv.az xəbər verir ki, sabiq prezident Mixail Saakaşvili “strana.ua”-ya müsahibəsində Poroşenkonun ünvanına sərt ifadələr işlətməklə yanaşı, ünvanına kəskin ittihamlar səsləndirib.

“Poroşenko mənim amerikalı dostuma deyib ki, Saakaşvili narkotik qəbul edir. Sən mənə inanırsan? Dəqiq bilirəm. Onun gözlərinə bax. Saakaşvili kokain iyləyir. Bu Poroşenko! Prezident! Ağıldankəmdir!”- Saakaşvili bildirib.

Onun sözlərinə görə, Poroşenko yalan danışır: “Bununla belə o dəqiq bilir ki, mən hər hansı narkotik maddə qəbul etmirəm. Həbsdə olanda bununla bağlı məndən üç dəfə qan analizi götürüblər”.

Poroşenkonu sözgəzdirən adlandıran Saakaşvili deyib ki, onu ümumiyyətlə düşməni hesab etmir: “O, sadəcə, hakimiyyətə gəlib ki, pul qazansın. Poroşenkonun bütün siyasəti “sat-al” siyasəti üzərində qurulub”.

Yuliya Timoşenkonun Poroşenko barəsində Ukraynada keçiriləcək növbəti prezident seçkiləri zamanı Donbasda gərginliyi artırmaqla yenidən hakimiyyətdə qalmaq barədə səsləndirdiyi fikrə reaksiya verən Saakaşvili bildirib ki, Poroşenkodan hər şeyi gözləmək olar: “O öz niyyətinə çatmaq istənilən cinayətkar addımı ata bilər. Poroşenko qorxaq deyil. O öz əclaflıqda cəsarətlidir”.

Poroşenkonu hələ tələbəlik illərindən tanıdığını qeyd edən Saakaşvili deyib ki, o hələ o zamandan pulla maraqlanardı: “Poroşenko biznesmen idi, oxumurdu, pul qazanırdı. O, təmiz bizneslə məşğul deyildi, insanları aldadırdı, onalar “atırdı”.

Saakaşvili Poroşenkonu cinayətkar adlandıraraq, onun məsuliyyətə cəlb olunmasını istəyib.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR