SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ABŞ Türkiyəni “erməni soyqırımı”nın tanınması ilə hədələyir – ANKARA NECƏ CAVAB VERƏCƏK?

15-08-2018, 16:06 | Oxunub: 8 247 |

ABŞ Türkiyəni “erməni soyqırımı”nın tanınması ilə hədələyir – ANKARA NECƏ CAVAB VERƏCƏK?

Hazırkı ABŞ-Türkiyə münaqişəsi bu iki NATO üzrə müttəfiq ölkələr arasında ilk belə hal deyil. Lakin İraqdakı müharibə ilə bağlı anlaşılmazlıqlar, sərt də olsa, diplomatik müzakirələr çərçivəsindən kənara çıxmadısa, Suriyadakı müharibə iqtisadi sanksiyalar kimi kəskin addımlara səbəb oldu.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan onları “arxadan vurulan zərbə” adlandıraraq, vurğulamışdı ki, “NATO üzrə müttəfiqimiz tərəfindən Türkiyəyə bu cür düşməncəsinə münasibətə heç bir ağıllı əsas yoxdur”. Bununla bərabər, hədələmişdi ki, “dövlətin uğurunun sirri hər zaman müharibəyə hazır olmaqdadır” və Türkiyə “hərtərəfli müharibəyə hazırdır”.

Aydındır ki, amerikalı rahib Endrü Bransonla bağlı əhvalatı siyasətə heç bir aidiyyatı olmayan adamlar da formal və hətta gülməli səbəb kimi qəbul edirlər. Sözün əsl mənasında Vaşinqtonla Ankara arasında firik ayrılıqları bundan yüz dəfə ciddidir. Onların əsas səbəbi odur ki, Türkiyə Yaxın Şərqdə həddən artıq müstəqil siyasət aparmağı özünə rəva görüb və praktiki olaraq ABŞ-ın maraqlarını nəzərə almayıb. Elə həmin vaxt da gözlənilmədən Ankara ilə Moskva arasında dostluq münasibətləri yaranıb. Bu hal Vaşinqtonu heç cür qane etmir və müxtəlif səbəblər yaranır.

Bu günlərdə isə konqresmen Ted Lyu prezident Trampı “erməni soyqırımı”nı tanımağa çağırıb. Aydındır ki, Vaşinqton üçün “soyqırımı” məsələsi çoxdan bəri Ankaraya təzyiq alətidir. Son on il ərzində Türkiyəni daim ABŞ-ın qondarma məsələni tanıması ilə hədələyirlər. Lakin Türkiyənin də cavab imkanları yox deyil.

“Əgər Konqres “soyqırımı”nın tanınması məsələsinə qayıdarsa, Türkiyənin bu şantaja veriləcək cavabı var. Məsələn, amerikalıların Suriyada və Əfqanıstanda logistik dəstəyinin böyük hissəsi Türkiyədən asılıdır. Biz bu dəstəyi kəsməli olacağıq”, – nüfuzlu türkiyəli jurnalist Əhməd Hakan deyib

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR