SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Məhbusların qaçmasında günahlandırılan qarovul rəisi: “Fədayə Laçın qatarda “Qoca” ilə görüşdü” – YENİLƏNİB 15 Avqust, 2018 17:35

15-08-2018, 14:53 | Oxunub: 6 876 |

Məhbusların qaçmasında günahlandırılan qarovul rəisi: “Fədayə Laçın qatarda “Qoca” ilə görüşdü” – YENİLƏNİB 15 Avqust, 2018  17:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ceyhun Səmədov ifadəsinin davamında bildirib ki, “Qoca” ləqəbli Etibar Məmmədov öz həyat yoldaşının stansiyaya gəlib, onunla görüşəcəyini deyib.

O, həmin qadının sənədlərinə baxmadığını söyləyib: “Mənə dedi ki, Lənkəranda həyat yoldaşı qatara minəcək. Xahiş etdi ki, onu arvadı ilə görüşdürüm. Həmin zaman vaqonun qapısı döyüldü. Qapını açanda Günay Atakişiyeva daxil oldu. Mən haradan bilərdim ki, Günay xanım onun arvadı deyil? Nə də ki, Etibar məni hədələməyib. Açarın qatara necə gətirildiyini isə bilmirəm. Bu, mümükün deyildi”.

C.Səmədov qeyd edib ki, həmin gün qatarda qadın məhbuslar olmayıb.

Proses avqustun 20-də davam etdiriləcək.

*** 17:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qarovul rəisinin müavini Tural Poladxanov ona verilən sualları cavablandırıb.

O qeyd edib ki, qatarla Lənkərandan Bakıya gələn zaman bələdçinin otağında Etibar Məmmədovla Əli Ağamini bir yerdə görüb: “Mən gecə yatmışdım. Oyananda hər iki şəxsi bir yerdə gördüm. Səhər Bakıya çatana yaxın Fuad dedi ki, həmin otağın pəncərəsi açıqdır. İçəri baxanda Etibarla Əlini otaqda görmədik. Onda bildik ki, onlar qaçıb. Tez baş idarəyə rəisimizə məlumat verdik. Lənkərandan Şirvana gələnə qədər Günay da qatarda olub. Həmin vaxt onun saçları qırmızı rəngdə idi. Günayı heç tanımırdım”.

Hakim bildirib ki, T.Poladxanovun ifadələri arasında ziddiyət var.

Onun istintaqa verdiyi ifadəsi elan olunub.

T.Poladxanov istintaqa verdiyi ifadəsini təsdiq edib.

Daha sonra təqsirləndirilən qarovul rəisinin digər müavini Fuad Hacıyev dindirilib.

O, hadisə barədə danışan zaman deyib ki, gecə qatarla Lənkərandan Bakıya gələndə məhbuslar – E.Məmmədovla Ə.Ağami bələdçinin otağında oturduğunu görüb: “Gecə yatmışdım. Şirvan stansiyasında yuxudan qalxanda Etibarla Əlini otaqda bir yerdə gördüm. Çünkü dustaqların arasında düşmənçilik var idi. Tahirlə Etibar yola getmirdi. Səhərə yaxın qaravul rəisi Ceyhun Səmədov yatmışdı. Qatar Bakıya çatanda Etibarla Əlinin bələdçi otağında görmədik, onlar qaçmışdı”.

F.Hacıyev söyləyib ki, G.Atakişiyeva qatara minən zaman istirahətdə olub: “Mən onu qatarda görəndə elə bildim məhbus qadınlardan biridir. Günay Atakişiyevanı tanımırdım”.

O, E.Məmmədovun telefon işlətdiyini görmədiyini bildirib.

Məhkəmədə digər təqsirləndirilən qarovul rəisi Ceyhun Səmədov ifadə verib.

Onun sözlərinə görə, hadisə günündən bir necə ay əvvəl E.Məmmədovla müğənni Fədayə Laçına qatarda görüş verib: “Fədayə xanım Bakı vağzalında qatara yaxınlaşıb, Etibarla görüşmək istədiyini söylədi. Ona “yox” cavabı verəndən sonra telefonda kiminləsə danışdı. Bu zaman o, telefonu mənə uzadıb, həmin şəxsin mənə söz deyəcəyini söylədi. Telefonun o birisi başındakı rəisimiz Bəhruz Abdullayev olduğunu bildim. Bəhruz Abdullayev görüş verməyimi istədi. Sonra içəri keçib, yenidən onunla telefonda danışdım. Rəis “şərait yarat, Fədayə Etibarla görüşsün” dedi. Qatarda Fədayə xanımın çantasına baxış aparıb onunla içəri keçdik. Otaqda Etibarla görüşdülər. Etibar Əli Ağamini də yanlarına gətirməsini xahiş etdi. Onu da həmin otağa apardıq. Lakin otaqda həmin şəkillərin necə çəkildiyini görmədim. Ola bilsin ki, Fədayə Laçının üstünü yaxşı yoxlamamışam”.

C.Səmədov F.Laçını E.Məmmədovla görüşdürən zaman onlardan pul almadığını qeyd edib.

O, hadisə günü haqqında danışanda deyib ki, səhərə yaxın istirahətdə olub: “Bakıda onu yuxudan oyadıb, Etibarla Əlinin qaçdığını dedilər”.

C.Səmədov söyləyib ki, Lənkəranda G.Atakişiyeva E.Məmmədovla görüşə gələndə çantası yoxlanılıb: “Çantanı Günayın yanında özüm şəxsən yoxlamışam. Orada açar yox idi. Ağlıma da gəlməzdi ki, Etibarla Əli Ağami qatardan qaçsın”.

Hazırda məhkəmə davam edir.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər – müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.report

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR