SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Dünya nizamı: liberalizmin iflası, yoxsa idarəolunan xaos?

15-08-2018, 14:12 | Oxunub: 5 123 |

Dünya nizamı: liberalizmin iflası, yoxsa idarəolunan xaos?

Bir çox ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri müasir dünya düzənini xarakterizə etməyə çalışırlar.

Emtv.az xəbər verir ki, Onların qiymətləndirmələri bir sıra hallarda kəskin fərqlənir. Bəzən bir-biri ilə daban-dabana zidd proqnozlar verilir.

Bu cür vəziyyət hər şeydən öncə ona dəlalət edir ki, hazırkı dönəmdə qlobal dünya düzəni haqqında konkret mövqe yoxdur. Onun kökü isə dünyanın qarışıq və ziddiyyətli geosiyasi situasiyada olmasındadır. Mütəxəssislər bu kimi ziddiyyətlər kontekstində müasir dünyanın geosiyasi nizamını xarakterizə etməyə cəhd göstərirlər. O cümlədən geosiyasi termin kimi dəbdə olan “liberal dünya nizamı”nın özəllikləri haqqında fikir yürüdülür. Ümumiyyətlə götürdükdə, problemin bu aspekti asan izah edilən deyil. Onun üzərində daha geniş kontekstdə dayanmaq zərurəti vardır.

Real geosiyasi proseslər: təkamül istiqamətləri

Ekspertlərin dünya nizamı haqqında fərqli fikirlərdə olduğu çoxdan bəllidir. Müasir qlobal geosiyasi proseslərin ziddiyyətləri fonunda bu, normal hal kimi görünür. Bütövlükdə dünya sistemi riskli və mütəhərrik faktorlardan asılı vəziyyətdədir. Dünyada qəti söz sahibi olan dövlət isə yoxdur. Meydanda bir neçə güclü oyunçu vardır və hər biri öz maraqlarını diqtə etməkdən çəkinmir. Təəssüf ki, bir sıra analitiklər bu reallığı gizlətməyə çalışsalar da, ondan qaçış mümkün deyildir.

Əlbəttə, kimlərinsə simpatiyası olduğu və ya birbaşa maraqlarına xidmət etdiyi hansısa supergücü dünya lideri kimi təqdim etmək istəyi ola bilər. Məsələn, Amerikanı bu statusda görmək istəyənlər az deyil. Eyni qayda ilə Çin və ya Rusiyanın liderliyindən və ya ən azından sürətlə artan nüfuzundan bəhs edirlər. Onları da başa düşmək olar. Ancaq bütün bu tərəfkeşlikdən kənarda dayanıb, çağdaş ziddiyyətli və mürəkkəb dünyanın geosiyasi mənzərəsinə nəzər salsaq, orada hansı düzəni görə bilərik? Və ya, ümumiyyətlə, belə bir düzən mövcuddurmu?

Ədalət naminə deyək ki, dünyanın bir çox analitikləri və diplomatiya sahəsində təcrübəsi olan mütəxəssisləri ənənəvi baxışlardan fərqli olaraq, dünya nizamı haqqında elə də nikbin fikir söyləmir, hətta Qərb siyasi və analitik leksikonunda dəbdə olan “liberal dünya nizamı” ifadəsinin reallığa nə dərəcədə uyğun olub-olmaması məsələsini də qaldırırlar (bax: məs., Graham Allison. The Myth of the Liberal Order. From Historical Accident to Conventional Wisdom / Foreign Affairs, № 4, 2018).

Öncə vurğulayaq ki, “dünyanın liberal düzəni” dedikdə, İkinci dünya müharibəsindən sonra ABŞ-ın liderliyi ilə bir neçə dövlətin yaratdığı nizam nəzərdə tutulur. Onlar iki dünya müharibəsinə gətirib çıxaran səbəblərin aradan qaldırıldığına əmin olmaq istəyirdilər. Özlərini demokratik hesab edən ölkələr hüququn aliliyinə, suverenliyə hörmətə və ərazi bütövlüyünün təmininə əsaslanan beynəlxalq liberal sistem yaratdılar. İnsan haqları müdafiə olunmalı olan dəyər kimi qəbul edildi.

Sözdə gözəl səslənən bu qaydalara əməl edildimi? Həmin prinsiplərin qəbulundan 70 il sonra dünyada real geosiyasi vəziyyəti necə xarakterizə etmək olar? Qərb analitik fikrində bu məsələyə münasibətdə iki mövqe vardır. Birincisi, hesab edirlər ki, liberal dünya nizamı müəyyən müddətə işləyib və yalnız son 20 ildə vəziyyət kəskin dəyişib. Bu bağlılıqda Riçard Haas yazır ki, dünya artıq “qeyri-liberal, qeyri-dünyəvi və qeyri-nizamlı olub” (bax: Richard N. Haass. Liberal World Order, R.I.P. / Project Syndicate, 21 mart 2018).

Bunun nəticəsində indi dünya haqqında bir tam kimi danışmaq getdikcə daha da çətinləşir. Bu gün əsas olaraq “yeni regional nizamlılıq və ya nizamsızlıq”lar meydana gəlir (bax: əvvəlki mənbəyə). Daha maraqlısı odur ki, bu cür mövqenin tərəfdarları liberal dünya nizamının laxlamasını Amerikanın dünyaya münasibətinin dəyişməsində görürlər. Yəni öncə qəbul edilir ki, liberal nizam işləyib, sonra iddia edilir ki, burada əsas günahkar ABŞ-dır, çünki o, artıq qlobal geosiyasi nizamın qarantı olmaq istəmir.

İkinci mövqeyə görə isə sözün həqiqi mənasında heç zaman dünya nizamı liberal olmayıb. Kağız üzərində liberal dəyərlərə və prinsiplərə uyğun müddəalar yer alsa da, onlar həyata keçirilməyib. Mütəxəssislərin indi ağızdolusu danışdıqları dünyada qlobal miqyasda sabitliyin mövcudluğu isə ABŞ-la SSRİ arasında qüvvələr balansının hesabına olub (bax: Graham Allison. Göstərilən məqaləsi). Yəni qlobal sabitlik hansısa sistemli liberal qarşılıqlı münasibətlərin məntiqi nəticəsi deyil, supergüclərin (ABŞ və SSRİ-nin) münasibətlərinin “yan effekti” (G.Allison) qismində özünü göstərib.

Güclü Çin və güclü Tramp: “müxtəlifliyin təhlükəsizliyi”nə əsas təhlükə

Bu tezisin təsdiqi kimi Con Kennedinin bir fikrini misal gətirmək olar. ABŞ-ın keçmiş Prezidenti ifadə etmişdi ki, həm liberal, həm də qeyri-liberal rejimlərin “müxtəlifliyinin təhlükəsizliyi” kimi dünya nizamını dəstəkləmək kifayətdir. Bu o deməkdir ki, C.Kennedi mövcud şərtlər daxilində dünyada vahid liberal münasibətlər sistemini qurmağın imkansızlığını dərk edirdi. Bu səbəbdən fərqli rejimlərin mövcudluğunun təhlükəsizliyinə dayanan tənzimləmə sistemini saxlamaq daha real və səmərəli olar.

Bu kontekstdə Donald Trampın müasir dünya siyasətində rolu ilə bağlı hətta tanınmış analitiklərin söylədiklərinin doğru olmasına şübhə yaranır. Məsələn, Cozef Nay yazır ki, “Məni Çinin daha güclü olması narahat etmir. Məni Trampın güclənməsi narahat edir” (bax: əvvəlki mənbəyə). Doğrudan da, maraqlı fikirdir, lakin onun cazibəliliyi ilə reallığı əks etdirməsi bir-birinə uyğundurmu? Əgər indiyə qədər həqiqi mənada liberal dünya nizamı olmayıbsa, D.Tramp nəyə təhlükə yaradır? Məsələnin bu tərəfi ikinci mövqe baxımından aydın deyil.

Əslində, son 30 ildə dünyanın müxtəlif regionlarında baş verən geosiyasi proseslərə nəzərə salsaq, ikinci mövqe tərəfdarlarına haqq qazandıra bilərik. Belə ki, keçən müddətdə ABŞ istənilən ölkəyə (məsələn, Əfqanıstana, İraqa, Liviyaya, Suriyaya, Balkanlara və s.) hətta BMT-nin icazəsi olmadan belə istədiyi miqdarda hərbi qüvvə göndərə və orada müharibə meydana çıxara bildiyini nümayiş etdirdi.

Vaşinqtonun bu addımları heç də liberal dəyərlərə uyğun olmayıb, əksinə, ölkələrin daxili işlərinə qarışılıb, insan haqları (o, bu işdə tək deyil, başqa supergüclər də eyni davranıblar) və dövlətlərin ərazi bütövlüyü kobud surətdə pozulub. Hətta müsəlman ölkələrində məzhəb savaşını alovlandıran addımlar da atılıb. Odur ki, Əfqanıstan, İraq, Suriya və Liviyada müharibənin sonu görünmür. Budurmu liberal dünya nizamı?!

Cənubi Qafqaza baxdıqda da eyni mənzərəni görürük. Burada Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü pozulub. Ermənistan kimi əlaltı-kvazidövlət havadarlarının (birbaşa özünü liberal və demokratik adlandıran böyük dövlətlərin) aktiv iştirakı ilə özündən qat-qat güclü olan müsəlman Azərbaycanın torpaqlarının 20 faizini işğal edib və hələ də əlində saxlayır. Liberal dünya nizamının üç prinsipindən biri ölkələrin ərazi bütövlüyünün təminidir. Bəs onda Azərbaycana münasibətdə bu prinsip niyə təmin edilmir? Əksinə, “Azadlığa dəstək Aktına” ədalətsiz “907-ci düzəliş”lə Azərbaycana qarşı məhdudiyyətlər tətbiq olunur. Budurmu liberal dünya nizamı?!

Dünya siyasətindəki real vəziyyəti hind strateqi Si Raca Mohan lakonik ifadə edib. Onun qiymətləndirməsinə görə, supergüclər “istisnadırlar”. Çünki hansısa davranış onların xeyrinədirsə, onun beynəlxalq hüquqa uyğun olub-olmaması arxa plana keçir və həmin güclər həmin addımı atırlar. Yəni böyük güclər özlərini “istisna faktor” kimi görürlər. Təbii ki, belə yanaşma davam etdikcə, liberal dünya nizamından bəhs etmək mümkün deyil.

Bu kimi məqamların işığında müasir dünya nizamının bir xaos və qeyri-müəyyənlik içərisində olduğu qənaətinə gələ bilərik. Vladimir Putinin ifadə etdiyi kimi, o, daha çox “idarəedilən xaotik mühiti” xatırladır. Bu oyunda sifarişçilər də, hədəflər də bəllidir. Dünyanın belə vəziyyətdə hansı nizamlı struktura transformasiya edəcəyi aydın deyil. Bütün hallarda indiki qlobal geosiyasi nizamı liberal adlandırmaq çox çətindir.newtimes.az

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR