SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiya Paşinyana qarşı onu hazırlayır – Şərh

15-08-2018, 10:20 | Oxunub: 8 634 |

Rusiya Paşinyana qarşı onu hazırlayır – Şərh

Köçəryanın həbsdən azad edilməsi Moskvadan verilən göstəriş nəticəsində mümkün olub.

Emtv.az yerli mətmuata istinadən xəbər verir ki, bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Köçəryanın birdən-birə həbsdən azad olunması Paşinyanın Qarabağ klanına qarşı planlarının boşa çıxmasından xəbər verir: “Bir müddət öncə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Moskvada təlimatlar aldıqdan sonra dərhal Xankəndiyə gəldi və orada Qarabağ klanının Paşinyana qarşı tədbirlərini müzakirə etdi. Bundan əvvəl isə qondarma rejimin parlamentinin üzvləri Paşinyana müraciət edərək Köçəryanın həbsdən azad edilməsi tələbini irəli sürmüşdülər. Belə görünür ki, bu hadisələrin bir-biri ilə bağlılığı var və bunlar bir mərkəzdən idarə olunur. Zənnimcə, Moskva artıq Paşinyanla bağlı ciddi istiqamət götürməyə başlayıb. Paşinyanla bağlı ciddi planların həyata keçirilməsi isə Qarabağ klanına həvalə edilib. Bu işlərin koordinatları kimi Serj Sərkisyan və Robert Köçəryan çıxış edəcək. Bu fonda hesab edirəm ki, Köçəryanın həbsdən azad edilməsi Moskvadan verilən göstəriş nəticəsində mümkün olub”.

Politoloq qeyd edib ki, Rusiyanın Köçəryanla bağlı hərəkətə keçməsi Qarabağ klanının sıralarında ciddi ruh yüksəkliyinə səbəb olub: “Serj Sərkisyanın rəhbərlik etdiyi partiyanın sıralarında da ciddi dəyişikliklər baş verir. Sərkisyan və Köçəryan təkcə Qarabağ klanını deyil, Ermənistanda ciddi əlaqələri olan iş adamları və kommersiya şəbəkələrini də öz ətrafında birləşdirir, cəmiyyətdə antipaşinyan əhval-ruhiyyəsini gücləndirməyə çalışırlar. Hətta bu gün Ermənistan cəmiyyətində belə bir fikir də geniş yayılmaqdadır ki, üzü payıza doğru Moskvanın Paşinyana qarşı həmlələri başlayacaq və bu həmlələr onun hakimiyyətinin süqutuna gətirib çıxaracaq. Ona görə də bu istiqamətdə Qarabağ klanı və onun yaxın ətrafının təşkilatlanması prosesi sürətləndirilir. Nəticə etibarilə də cəmiyyətdə ciddi qütbləşmə gedir, hətta Ermənistanda Rusiyanın əvvəlki təsirinin bərpa ediləcəyi və bütövlükdə rusiyapərəst siyasətin qələbə çalacağı ilə bağlı fikirlər genişlənir. Moskva hesab edir ki, Paşinyan onun üçün müəyyən edilmiş qırmızı xətləri çoxdan keçib və bunun nəticəsində də Rusiya-Ermənistan münasibətlərinə xələl gəlib. İndi Paşinyan bunun bədəlini ödəməlidir. Bütün bunlar isə Ermənistan cəmiyyətini silkələməkdən ötrüdür və Paşinyanın mövcud reytinqinə ciddi zərbələr vurulmaqdadır. Hər halda belə görünür ki, Ermənistan cəmiyyətini ciddi sarsıntılar gözləyir və bu yeni hakimiyyət dəyişikliyinə qədər gedib çıxa bilər”.

Qeyd edək ki, Ermənistan Apellyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Köçəryan haqqında çıxarılmış həbs qərarını ləğv edib.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR