SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Neftin qiyməti kəskin ucuzlaşa bilər – Bəs Azərbaycan nə etməlidir?

14-08-2018, 20:05 | Oxunub: 7 135 |

Neftin qiyməti kəskin ucuzlaşa bilər – Bəs Azərbaycan nə etməlidir?

“Neft sadəcə iqtisadiyyat yox, həm də geosiyasət olduğundan, təbii ki, son vaxtlar dünyada baş verən proseslər neftin qiymətinə təsir edəcək. Hazırda baş verən ticarət müharibəsi şəraitində neftin qiymətinin artmasına və aşağı düşməsinə təsir edə bilən amillər bir-birinə qarışdığından, hansının üstünlük təşkil edəcəyini indidən demək çətindir. ABŞ-ın qaynatdığı ticarət müharibəsinə həm də ucuz neft və qaz təklifi də daxildir. Əgər bu variant özünü geniş miqyasda doğrulda bilsə, təklif olunan ucuz neft və qazın həcmindən asılı olaraq enerji daşıyıcılarının qiymətinin aşağı düşməsinə, qalan amillərin xeyli hissəsi isə müəyyən vaxt kəsiyində neftin qiymətinin artmasına təsir göstərə bilər. Psixoloji amil isə hər iki istiqamətə, yəni həm qiymətin qalxmasına, həm də enməsinə işləyə bilər”.

Avropa.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli modern.az-a açıqlamasında belə deyib.

Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir.

“Ona görə də dünyada baş verən hadisə və proseslər Azərbaycan iqtisadiyyatınin dünya iqtisadiyyatı ilə daha çox inteqrasiya olunan hissəsinə nəzərəçarpan dərəcədə təsir göstərəcək. Məsələn, neftin qiymətinin qalxıb–enməsi Dövlət Neft Şirkətinin, Dövlət Neft Fondunun, dövlət büdcəsinin gəlirlərinə təsir edəcək. Neftin qiymətinin kəskin aşağı düşməsi, birbaşa olmasa da, həmin aşağı qiymətlərin qalma müddətindən asılı olaraq tədiyyə balansının və xarici ticarət balansının hazırkı müsbət saldosuna mənfi təsir edə bilər. Bu isə manata da təsir göstərə bilər”.

Ə.Məsimli Azərbaycanın dövlət büdcəsinin hazırlanarkən dünya iqtisadiyytında gedən proseslərin də incələndiyini və nəzərə alındığını bildirib.

“Burda daha çox neftin qiyməti əsas rol oynayır. Ona gprə də büdcə tərtib edilərkən çoxvariantlı yanaşmadan istifadə olunur və optimist, pessimist, orta ssenarilər qurulur. Belə yanaşma təbii ki, dünyada gedən prosesləri də yetərincə nəzərə almaq və situasiyadan asılı olaraq manevr etmək imkanlarını genişləndirir”.

Deputat “əgər neftin qiymətində hər hansı bir ciddi dəyişiklik olduğu halda 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilərmi?” sualına isə belə cavab verib: “Qarşıdakı 4 ay ərzində neftin qiymətində baş verə biləcək dəyişikliklər 2018-ci ilin büdcə göstəricilərini nəzərəçarpan dərəcədə təsir göstərə bilməz. Çünki bu il neftdən büdcəyə birbaşa daxil olan vəsaitin payı 2,4 milyard manatın altındadır ki, bu da büdcə gəlirlərinin 11 faizi ətrafında olmaqla büdcə göstəricilərinə nəzərəçarpan dərəcədə təsir etmək baxımından kiçik rəqəmdir.

Dünya bazarında neftin qiymətinin 1 dollar qalxıb-enməsi ilə büdcəyə əlavə olaraq 43-44 milyon manat vəsait cəlb oluna və ya bir o qədər vəsaitin itirilməsinə gətirib çıxara bilər. Əsas yük Dövlət Neft Fondundan transfertin üzərinə düşür. Bu ilin büdcəsində Dövlət Neft Fondundan transfert ötən illə müqayisədə 4,9 milyard manat artırılaraq 2017-ci ildəki 6,1 milyard manatdan 11 milyard manata çatdırılıb ki,bu da büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edir.

Neftin qiymətindən asılı olmayaraq Dövlət Neft Fondundan transfert nəzərdə tutulan məbləğdə büdcəyə daxil olacaq. Bu da hökumətin sosial öhdəliklərini həyat keçirmək üçün kifayət edir. Hazırda neftimizin dünya bazarındakı qiyməti büdcə proqnozlarında öz əksini tapan 55 dollardan 30-35 faiz yüksəkdir. Öna görə də neftin qiyməti büdcə proqnozlarında nəzərdə tutulan 55 dollardan xeyli çox olsa,onda Dövlət Neft Fondundan büdcəyə transfertlərə bir qədər qənaət etmək olar”.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR