SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiya mənbələri: “Belə davam etsə, Qarabağın da taleyi İrəvansız həll ediləcək” – Şimaldan Paşinyana sensasion mesaj

14-08-2018, 16:29 | Oxunub: 6 171 |

Rusiya mənbələri: “Belə davam etsə, Qarabağın da taleyi İrəvansız həll ediləcək” – Şimaldan Paşinyana sensasion mesaj

Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması regionda uzunmüddətli və qlobal irəliləyişlərə səbəb olacaq.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Bu barədə “Krasnodarskie izvestie” portalının şərhçisi Konstantin İzotyevin məqaləsində deyilir.

Müəllifə görə mütəxəssislər bu sənəddən bütün sahilyanı ölkələrin udduğunu deyirlər. “Amma hamıdan çox udan Azərbaycan oldu”-o bildirir.

Müəllifin fikrincə konvensiya dənizin Azərbaycan üçün maksimal komfort bölgüsünü təmin edib və bu ölkə öz şelfində daha çox neft-qaz hasil edə biləcək.Əvəzində isə Rusiya onun icazəsi olmadan tikilən istənilən transxəzər kəmərini bloklamaq səlahiyyəti əldə edir.
Rusiya və İran üçün mühüm bənd həm də ondan ibarətdir ki, Xəzər hövzəsində regiondan kənar ölkələrinin hərbi iştirakı qadağandır. Faktiki olaraq görürük ki, hər iki ölkə Azərbaycanın xarici siyasət loyallığını neft və qazla alıblar”-rusiyalı müəllif bildirir.

Bəs Ermənistan?

Müəllif qeyd edir ki, Ermənistan bu razılaşmadan ancaq problem qazanacaq. Birincisi Xəzərdən heç bir neft-qaz kəməri bundan sonra da Ermənistan ərazisindən keçməyəcək, Azərbaycan buna imkan verməyəcək. İkincisi rəsmi İrəvanın NATO ilə oynaması onu zərbə altında qoyur.

“Rusiya İranla bərabər buna dözmək niyyətində deyil və əgər lazım olarsa erməni hakimiyyətinin qeyri-dost iyasətinin nəticələrini neytrallaşdırmaq üçün Azərbaycana istənilən köməyi edəcək. Nəhayət ən vacibi. Ermənistanın baş naziri Nikol Paşinyan növbəti mitinqdə özünün hakimiyyətə gəlişinin 100 günlüyünü qeyd etməyə hazırlaşır və yolüstü özünün siyasi opponentləri ilə haqq-hesab çürüdür, belə bir vaxtda regionda mühüm geosiyasi qərarlar Ermənistanın iştirakı olmadan qəbul edilir. Əgər belə davam etsə Dağlıq Qarabağın da taleyini İrəvansız həll ediləcəyi saat gəlib çatacaq”-məqalədə deyilir.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR