SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Paşinyanın İrana səfəri: ermənilər Tehrana ümid bağlayıb

14-08-2018, 13:26 | Oxunub: 13 470 |

Paşinyanın İrana səfəri: ermənilər Tehrana ümid bağlayıb

Dünən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın ölkədəki səfiri Seyid Kazım Səcadini qəbul edib.

Emtv.az yerli mətubata istinadən xəbər verir ki, Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə erməni rəsmisi baş nazir Nikol Paşinyanın İran İslam Respublikasına planlaşdırılımış səfərinin əhəmiyyətini qeyd edərək, İrəvanın iki ölkə arasında enerji, səhiyyə, ekoloji, maliyyə və digər sahələrdəki əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduğunu bildirib.

Erməni mətbuatında indidən bu səfərlə bağlı müxtəlif rəylər səsləndirilir.

“Ermənistan hakimiyyəti əvvəlki iqtidarın İranla bağlı siyasətinə sadiq qaldığı barədə dəqiq mesajlar verməlidir”, – bu barədə iranşünas ekspert Armen Vardanyan yerli mətbuata müsahibəsində deyib.

A.Vardanyan İranın Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk dövrlərdə İranın bir qədər çəkingən davrandığını, onun üçün də Paşinyanın may ayının 8-də seçilməsinə rəğmən rəsmi Tehranın onu tam 8 gün sonra təbrik etdiyini xatırladıb.

Erməni ekspert İranın Paşinyanın Qərb qüvvələrinin əli ilə hakimiyyətə gəlməsi ehtimalına görə bu cür davrandığını söyləyib: “Bu səbəbdən Nikol Paşinyan İran tərəfinə Ermənistanın İranla bağlı əvvəlki iqtidarların siyasətində heç bir dəyişiklik etməyəcəyi, o cümlədən Qərbin sanksiyalarına qoşulmayacağı barədə əminlik verməlidir”.

Paşinyanın İrana səfəri: ermənilər Tehrana ümid bağlayıb

Iranşünas alim buna görə Qərbin Ermənistanı cəzalandıracağına inanmır: “Qərb özü bu məsələdə həmrəy deyil. ABŞ-dan fərqli olaraq Avropa Birliyi İranla münasibətlərin saxlanılmasından yanadır. O ki qaldı, Ermənistana təzyiqlərə, ABŞ-ın sanksiyaları İranda fəaliyyyət göstərən 20 böyük şirkətə qarşı yönələ bilərdi. Xoşbəxtlikdən, ya da bədbəxtlikdən İranda erməni kapitalı ilə fəaliyyət göstərən şirkət yoxdur”.

Vardanyan Ermənistanın İrandan neft almadığı üçün sanksiyaya məruz qalmayacağını da söyləyib: “Ermənistan-İran arasında tcarət dövriyyəsi o qədər aşağı səviyyədədir ki, sanksiyaların buna heç təsiri belə, çatmır”.

Digər iranşünas alim Emma Begicanyan Paşinyanın səfərində əsas gündəliyin siyasi münasibətlərin gücləndirilməsi olacağını bildirib.

O, səfərin Azərbaycanda neqativ reaksiya doğuracağını, İranın isə reaksiyasının müsbət yöndə olacağını söyləyib:“Bunun sayəsində Ermənistan 80 milyonluq İranda tanına biləcək. Ona görə də Paşinyanın ziyarətini müsbət qiymətləndirmək olar”.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR