SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanlı zəvvarlar Ümrə ziyarətini yerinə yetirib

14-08-2018, 12:55 | Oxunub: 9 789 |

Azərbaycanlı zəvvarlar Ümrə ziyarətini yerinə yetirib

“Hazırda Səudiyyə Ərəbistanında olan azərbaycanlı zəvvarlar Həccdən əvvəl Ümrə ziyarətinin 5 əməlini yerinə yetiriblər”.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda Həcc ziyarəti üçün sənəd verən 1440 nəfərdən 1260-ı artıq yola düşüb: “Sabah sonuncu reyslə də qalan 180 nəfər Səudiyyə Ərəbistanına gedəcəklər”.

H.Babayev bildirib ki, Ümrə ziyarətini yerinə yetirmiş azərbaycanlı zəvvarlar hazırda hotellərdə istirahət edirlər: “Avqustun 19-da azərbaycanlı hacı namizədləri qaldıqları hotellərdən Ərafata daşınacaq və onlar dualar edərək ehrama daxil olacaqlar. Zəvvarlar zöhr azanından şam namazına kimi Ərəfat çölündə vüqüf edəcək (dayanmaq), namaz qılacaq, dualar edəcəklər. Onlar şam azanından sonra Ərəfatdan çıxıb Müzdəlifəyə gedəcəklər. Hacı namizədləri Müzdəlifədə gün çıxanadək vüquf edəcək, ibadətlə məşğul olacaqlar.

Avqustun 21-də isə zəvvarlar Minaya yollanacaq, əşyalarını qoyub, böyük şeytana daş atmağa gedəcəklər. Şeytan daşlandıqdan sonra geri qayıdıb, qurbangahda qurban kəsəcəklər”.

QMİ rəsmisi qeyd edib ki, azərbaycanlı zəvvarlar avqustun 23-də Məkkəyə qayıdıb Həccin sonuncu əməllərini yerinə yetirəcəklər: “Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitmiş hesab olunacaq. Həcc əməlləri bitdikdən sonra Məkkədə üç gün qalan hacılar Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq”.

H.Babayev vurğulayıb ki, hazırda azərbaycanlı zəvvarların səhhətləri normaldır, xəstələnmə halları qeydə alınmayıb: “Zəvvarlarla birlikdə 8 nəfərlik həkim briqadası yola düşüb”.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib.

Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR