14 avq 12:28Oxunub: 52 |

Arvadını və onun yanında olan şəxsi bıçaqlayıb – Daha bir namus cinayəti

Arvadını və onun yanında olan şəxsi bıçaqlayıb – Daha bir namus cinayəti

Qısqanclıq zəminində arvadını öldürən şəxs hakim qarşısına çıxarılıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadə cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.

Qətl hadisəsi bu il mayın 1-də Nərimanov rayonu ərazisində, Şərq bazarının yanındakı “Atlas” klinikasının qarşısında baş verib.
R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib.

Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 923
XƏBƏR LENTİ

Reklam
Məzənnə