17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Avropa Parlamentindən Türkiyəyə dəstək
Avropa Parlamentinin Türkiyə Forumu ABŞ prezidenti Donald Trampın Türkiyəyə yönəlmiş polad və alüminiuma görə əlavə vergi qərarının qeyri-qanuni və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu açıqlayıb.
Emtv.az xəbər verir ki, Avropa Parlamentindən 60 millət vəkilinin üzv olduğu Forumdan yayılan yazılı açıqlamada Türkiyə və ABŞ arasında dərinləşən diplomatik gərginliyin narahatlıqla təqib edildiyi qeyd edilib.
Açıqlamada, “Avropa Birliyi ABŞ-ın beynəlxalq təhlükəsizlik məsələlərini əsas gətirərək, Türkiyəyə tətbiq etdiyi əlavə verginin qeyri-qanuni və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğu”, ifadələri yer alıb.
“Türkiyənin iqtisadi baxımdan zəiflədilməsi heç kimin xeyirinə olmadığını bəyan edən açıqlamada Avropa Birliyinin ən böyük ticarət ortaqlarından biri olan demokratik Türkiyənin iqtisadi baxımdan inkişaf etməsi və güclü olması bizim də xeyiriməzidir”, deyə açıqlamada bildirilir.
Açıqlamada iki NATO müttəfiqi – Türkiyə və ABŞ-ın problemləri həll etmək üçün konstruktiv diplomatik təşəbbüslərə başlamasının vacibliyi vurğulanıb.
Aynurə Kərimova,
Emtv.az
Paylaş: