14 avq 12:12Oxunub: 393 |

Çavuşoğlu və Lavrov Qarabağ münaqişəsini müzakirə etdilər

Çavuşoğlu və Lavrov Qarabağ münaqişəsini müzakirə etdilər

“Türkiyə və Rusiyanın XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə ediblər”.

Avropa.info-nun “Report”a istinadən məlumatına görə, bunu Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.

“Bir çox – Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna, Dağlıq Qarabağ və s. münaqişələrin sülh yolu ilə nizamlanmasıyla bağlı vəziyyəti analoji mövqelərdən nəzərdən keçirdik”, – S.Lavrov deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin ölkəsinə qarşı sanksiyalara qoşulmamasını da alqışlayıb.

Qeyd edək ki, görüş zamanı tərəflər Rusiya və Türkiyə arasında qarşılıqlı viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə ediblər.

Eyni zamanda, nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, o cümlədən İdlib ətrafındakı vəziyyət də daxil olmaqla, Suriyanı nəzərdən keçiriblər.

Sevinc Əlimova, Emtv.az
Paylaş:
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 923
XƏBƏR LENTİ

Reklam
Məzənnə