SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İntihar etmək istədi - 4 otaqlı ev vdilər – “Kimsə intihara cəhd edəndə…”

13-08-2018, 13:59 | Oxunub: 4 783 |

İntihar etmək istədi - 4 otaqlı ev vdilər – “Kimsə intihara cəhd edəndə…”

Bu gün Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll edilib.

Emtv.az xəbər verir ki, yerli mətbuata N.Novruzzadə bu barədə özü məlumat verib.

O qeyd edib ki, intihar cəhdindən sonra komitənin sədri Rövşən Rzayevin qəbulunda olub: “Mənə Kürdəxanıda yeni tikilən binalardan 4 otaqlı mənzil verdi. Mənzilin sənədlərini də təqdim etdi. Dedi ki, bina oktyabr ayına kimi istifadəyə veriləcək. Bundan əlavə, 4 aylıq kirayə pulumu da verdilər”.

Natiq Novruzzadənin sözlərinə bu ilin mart ayında Nizami rayonu Babək 87 ünvanında yerləşən evləri “Yusifoğlu” MMC tərəfindən sökülüb: “ Həmin ünvanda 112 ailə məskunlaşmışdı. Onlardan 54-ü məcburi köçkün idi. 54 nəfərdən 27-sinin kompensasiyasını verdilər, bizi isə beş aydır ki, süründürürlər. Sonunda belə addım atmağa qərar verdim”.
Qeyd edək ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən, gözdən əlil idmançını müğənni Manaf Ağayev intihar fikrindən daşındırıb.

Müğənni hadisənin təfərrüatları barədə musavat.com-a danışıb: “Bir məkanda əyləşmişdim, birdən mənə zəng vurub bildirdilər ki, Füzulidən qeyrətli bir oğlan, hansı ki, çempiondur, “Qaçkınkom”un binasına çıxıb özünü atmaq istəyir, polislər və məmurlar onu fikrindən döndərə bilmirlər. Məndən xahiş edib dedilər ki, füzulililərin bir ağsaqqalı kimi onu bəlkə fikrindən daşındıra bilərsən. Hadisə yerinə getdim. Həmin vaxt o, qollarını doğrayıb, əlində də şüşələr var idi, onları qarnına soxurdu. Dedim ki, “məni qəbul edə bilərsən?” Yalvardım ki, “sənə söz verirəm, evini alıb, özünə qaytaracam”. Mənə bildirmişdilər ki, 3 övladı var, ona görə də xeyli yalvarıb-yapışdım. O da fikrindən döndü, məni qucaqladı. Camaat bu halı alqışladı. Oradaca aidiyyəti qurumlardan xahiş etdim ki, imkan çərçivəsində onun məsələsini həll etsinlər. Sağ olsunlar, xahişimi yerinə yetirdilər”.
Müğənni deyib ki, intihara cəhd edən əlil idmançıya verdiyi sözə əməl edib: “Sənədlərini yerindəcə alıb, onun özünə qaytardım. Bu günə qədər bu cür olaylarla tez-tez rastlaşıram. Hərdən füzulililərdən kimsə özünü öldürmək və ya atmaq istəyəndə onu fikrindən daşındırmağa məni aparırlar. Füzuli camaatı da sağ olsun ki, mənim xahişimi yerə salmır”.

Aynurə Kərimova,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR