SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xəzər necə bölündü? - TƏFƏRRÜATI

13-08-2018, 11:41 | Oxunub: 11 169 |

Xəzər necə bölündü? - TƏFƏRRÜATI

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, mərasimdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalanıb.

Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın dövlət başçılarının imzaladıqları sənəd onillərdən bəri həllini gözləyən çox ciddi geosiyasi problemi həll etməklə yanaşı, dəniz hövzəsindən istifadənin yeni qaydalarını müəyyənləşdirib.

Sənədə görə, beş sahilyanı ölkənin hər birinin Xəzərdəki sahil sularının sahəsi 15 dəniz milidir. Həmin ərazinin kənar hüdudları dövlət sərhədi sayılır. Ərazi sularına bitişik olan 10 millik zona balıqçılıq zonası elan olunub. 5 sahilyanı ölkənin hər birinin bu zonada balıq tutmaq hüququ var. Nərə və nərəkimi balıqların ovu istisnadır.

Xəzər necə bölündü? - TƏFƏRRÜATI

Xəzərin su sahəsinin əsas hissəsi sahilyanı ölkələrin ümumi istifadəsində qalacaq.

Məsələn, onlar 500 metrlik təhlükəsizlik zonasına malik süni adalar yarada bilərlər. Sahilyanı ölkələr böyük layihələrin reallaşması zamanı ekoloji amilləri nəzərə almalıdır, çünki Xəzərin ekologiyasiyana ziyan dəydiyi təqdirdə məsuliyyət daşıyacaqlar.

Anlaşmanın əsas müddəalarından biri 5 Xəzəryanı dövlətə öz ərazisində sahilyanı sayılmayan ölkələrin silahlı obyektlərin yerləşdirilməsinin yasaqlanmasıdır.

Xəzərin resursları və dibi sahilyanı ölkələr arasında ikitərəfli anlaşmalar əsasında bölüşdürüləcək. Akvatoriyadan istifadə müətmadi olaraq XİN başçılarının müavinləri səviyyəsində müzakirə olunacaq. Yaxın yarım il ərzində ilk belə görüş keçiriləcək.

Digər əsas məqam Xəzərin nə dəniz, nə də göz sayılmasıdır. Xəzərin əlahiddə, xüsusi hüquqi statusu olacaq.

Xəzərin sahəsi 370 min kvadrat kilometrdir. Ən dərin yeri 1075 metr olan Xəzərdə neft ekvivalenti ilə 15 milyard tondan artıq neft və qaz ehtiyatları var. Həmin ehtiyatların 6,5 milyard tonu kəşf olunub və təsdiqlənib. ABŞ-ın "Energy Information Administration"un (EIA) hesabatına görə, Xəzərdəki neft-qaz ehtiyatlarının ümumi dəyəri 8 trilyon dollardır.

Xəzər necə bölündü? - TƏFƏRRÜATI

Son 20 il ərzində Xəzərin dəniz prinsipi əsasında sektoral bölgüsünə əsla razı olmayan yeganə bölğə İran idi. Belə bölgü çərçivəsində ona Xəzərin 10 faizi düşürdü.

Xəzərin göl sayılacağı təqdirdə isə İran 20 faizlik pay ala bilərdi.

Sahilyanı 5 ölkənin hər biri indiyədək şelfindəki neft-qaz yataqlarını rahatlıqla istismar edib. Xəzərin istənilən prinsip əsasında bölgüsündə bu yataqların mənsubluğu şübhə doğurmur. Lakin şelfin sərhədyanı sahələrindəki perspektiv neft-qaz blokları ciddi mübahisələrə səbəb olub.

Mübahisə edən tərəflərin arqumenti vardı: "Xəzərin statusu müəyyənləşmədiyindən bütün mübahisəli məsələləri 5 sahilyanı dövlət həll etməlidir".

Bundan sonra belə olmayacaq: qonşular arasındakı mübahisələr ikitərəfli qaydada çözüləcək.

İranın indi "yumşalması"nın səbəbi ABŞ-ın Tehrana qarşı sanksiyalarla embarqoları ağırlaşdırılması, nəticədə də ölkədə ciddi daxili böhranın yaranmasıdır. Eyni zamanda Suriyadakı savaş İranla Rusiyanı yaxınlaşdırıb.

Xəzər necə bölündü? - TƏFƏRRÜATI

İndi onlar Aktau konvensiyasında "bölgədə üçüncü ölkələrin hərbi qüvvələri yerləşdirilə bilməz" şərtini qanuniləşdirərək "arxa cəbhə"dən rahat olublar.

Xəzərin statusunun indiyədək müəyyənləşməməsi Türkmənistandan Azərbaycana çəkiləcək qaz boru kəmərinin (Transxəzər kəməri) reallaşmasının da qarşısını alırdı. Həmin kəmər Azərbaycanla Türkmənistana hər il Avropa Birliyinə 100 milyard kubmetr təbii qaz nəql etməyə imkan verəcək.

Bu isə Avropa Birliyinin təbii qaza olan illik tələbatının təqribən 25 faizidir.

Orxan,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR