Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları - FOTOLAR » EMTV.az
11 avq 17:21Oxunub: 370 |

Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları - FOTOLAR

Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları - FOTOLAR

İki gün davam edən leysan xaraketerli yağışlar Şimal-qərb bölgəsində həyatı iflic edib. Belə ki, Qax rayonun ərazisindən keçən Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb. Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, yağan güclü leysan Qax, Zaqatala və Balakənin bəzi kəndlərində də bir sıra fəsadlar törədib.

Kəndlilərin həyətyanı sahələrini və zirzəmiləri su basıb.

Təbii fəlakət sözügedən bölgənin əhalisinin əsas gəlir mənbəyi olan fındıq bağlarına ziyan zurub. Elektik enerjisinin verilişində problemlər yaranıb.

Bundan əlavə Zaqatala rayonunun Lahıc kəndi ərazisində dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsi Bakıdan Balakənə hərəkət edən sərnişin qatarının yolda qalmasına səbəb olub.

Qatar Qaratala kəndi ərazisindəki Qax-1 stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla getdikləri yerlərə göndərilib.

Aynurə Kərimova,
Emtv.az

Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları - FOTOLAR
Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları - FOTOLAR
Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları - FOTOLAR
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə