SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Uşaqlar məcburi tibbi müayinədən keçiriləcək

11-08-2018, 16:06 | Oxunub: 7 971 |

Uşaqlar məcburi tibbi müayinədən keçiriləcək

Azərbaycanda uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair növbəti dövlət proqramının icrasına başlanılıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, 2018 -2022-ci illəri əhatə edəcək proqram çərçivəsində tibbi yoxlanışdan keçmiş və keçməli olan uşaqların qeydiyyatı aparılacaq, səhiyyə işçilərinin bu sahə üzrə bacarıqları artırılacaq və təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələri müvafiq avadanlıqlarla təchiz ediləcək.

Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib ki, bu dövlət proqramının əsas məqsədi gələcək nəslin sağlam böyüməsini təmin etməkdən ibarətdir.

Millət vəkilinin sözlərinə görə, bu proqrama əsasən valideynlər övladlarını vaxtında yoxlanışa gətirməsi üçün məlumatlandırılacaq. Bununla yanaşı valideynlər özləri də məsuliyyətli olmalı və dövlətin yaratdığı bu fürsətdən istifadə etməlidirlər.

Bundan əlavə səhiyyə işçilərinin də bu sahə üzrə bacarıqlarının artırılması və xəstəlik aşkarlanan uşaqların tibb müəssisələrinə yerləşidirlməsi də bu proqramda xüsusi qeyd edilib.

Məlahət İbrahimqızı bildirib ki, sözügedən proqram sayəsində Azərbaycandakı müsbət demoqrafik vəziyyətin qorunması ilə gələcəkdə iqtisadi inkişafda yarana biləcək risklərin qarşısı alınmış olur.

Qeyd edək ki, bu dövlət proqramı "2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın davamı olaraq hazırlanıb.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR