Zaqatalada leysan yağışlar fəsadlar yaradıb, həyətyanı sahələri su basıb » EMTV.az
10 avq 18:28Oxunub: 491 |

Zaqatalada leysan yağışlar fəsadlar yaradıb, həyətyanı sahələri su basıb

Zaqatalada leysan yağışlar fəsadlar yaradıb, həyətyanı sahələri su basıb

Dünən gecə saatlarından başlayan leysan yağışları Zaqatalada müəyyən fəsadlara yol açıb.

Emtv.az yerli KİV-ə istinadən bildirir ki, rayon ərazisindən keçən dağ çaylarında suyun səviyyəsinin artması nəticəsində bir neçə evin zirzəmisinə, birinci mərtəbəsinə və həyətyanı sahələrə su dolub.

Rayon üzrə kütləvi fəsad və ziyan qeydə alınmasa da şəhər sakini Ünbülbanı Məmmədovaya məxsus iki mərtəbəli evin 1-ci mərtəbəsi tamamilə yararsız vəziyyətə düşüb.

Əlverişsiz hava şəraiti nəticəsində rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaransa da, səhər saatlarından etibarən, problem tam aradan qaldırılıb.

Rayonun əksər ərazisini suyla təmin edən Tala çayına gələn sel su xəttlərinədə xeyli ziyan vurub.

Ramina Nəzərova,
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 490
XƏBƏR LENTİ

Reklam
Məzənnə