Fəhlə hamam tikərkən yıxılıb öldü » EMTV.az
10 avq 17:54Oxunub: 504 |

Fəhlə hamam tikərkən yıxılıb öldü

Fəhlə hamam tikərkən yıxılıb öldü

Şəkidə fəhlə tikintidə ölüb.

Emtv.az xəbər verir ki, Şəki rayon Prokurorluğundan yerli mətbuata bildirilib ki, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.

Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Sevinc Əlimova,
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 490
XƏBƏR LENTİ

Reklam
Məzənnə