7 yaşlı qızı zorlayaraq öldürən şəxsin xahişi rədd edildi » EMTV.az
10 avq 17:51Oxunub: 403 |

7 yaşlı qızı zorlayaraq öldürən şəxsin xahişi rədd edildi

7 yaşlı qızı zorlayaraq öldürən şəxsin xahişi rədd edildi

Cümə axşamı ABŞ-ın Tennessi ştatının hakimiyyəti 2009-cu ildən bu yana ilk dəfə ölüm cəzasını icra edib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu haqda “Tennessean” qəzeti bildirib.

Bildirilir ki, məhkəmə ölüm hökmünü Billi Reya Ayrik barəsində çıxarmışdı. O, 1985-ci ildə yeddiyaşlı qızı zorlayaraq öldürmüşdü. 59 yaşlı Ayrik ölümcül inyeksiya vasitəsi ilə yerli vaxtla 19:48-də edam edilib.

“Mən yalnız onu demək istəyirəm ki, həqiqətən çox təəssüf edirəm. Və bu hər şey deməkdir”, – qəzet məhkumun son sözlərini sitat gətirib.

ABŞ Ali Məhkəməsi hökmün icrasından bir neçə saat əvvəl edamın təxirə salınması ilə bağlı Ayrikin xahişini rədd edib.

Nəşrin yazdığına görə, bu, 1916-cı ildən bu yana Tennessi ştatında 133-cü edam idi.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 490
XƏBƏR LENTİ

Reklam
Məzənnə