SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

BMT: Yəməndə 3,5 il ərzində 6,5 min dinc sakin ölüb

10-08-2018, 16:08 | Oxunub: 5 884 |

BMT: Yəməndə 3,5 il ərzində 6,5 min dinc sakin ölüb

Yəməndə münaqişələrin gərginləşməyə başladığı 26 mart 2015-ci il tarixindən bəri 6,5 mindən artıq dinc sakin ölüb, 10 mindən çox insan isə yaralanıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarının ofisinin rəsmi nümayəndəsi Elizabet Trossell keçirdiyi brifinqdə bildirib.

“26 mart 2015-ci il tarixdən 2018-ci il avqustun 9-dək ofisimiz dinc sakinlərin xəsarət alması ilə bağlı 17062 hal qeydə alıb. Onlardan 6592 nəfər ölüb, 10470 nəfər isə yaralanıb. Bu insanların çoxu Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbələrindən əziyyət çəkiblər”, – o deyib.

E.Trossell qeyd edib ki, bu rəqəmlərdə dünən Yəmənin şimal-qərbindəki Saada şəhərində avtobusa edilən hava hücumu nəticəsində xəsarət alanlar nəzərə alınmayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) isə Saada şəhərində ölənlərin sayının 50-yə çatdığını, 77 nəfərin isə yaralandığını bildirib.

Ölənlərin çoxu uşaqlar olub.

Fəridə Yaşar,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR