Dünya çempionu hakim qarşısında » EMTV.az
09 avq 15:10Oxunub: 448 |

Dünya çempionu hakim qarşısında

Dünya çempionu hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə ittiham olunan Urxan Orucovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 14-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini 31 yaşlı Səlim Zülfüqarov naməlum avtomobillə vurulub. O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb və orada ölüb.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin BMW markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Rəvan Yurdsuz,
Emtv.az

Paylaş:
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 490
XƏBƏR LENTİ

Reklam
Məzənnə