SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Keçmiş Baş Nazir Həbs Olunma Ərəfəsindədir

9-08-2018, 14:23 | Oxunub: 4 487 |

Keçmiş Baş Nazir Həbs Olunma Ərəfəsindədir

Ermənistanın keçmiş baş naziri Ovik Abramyana məxsus, Ararat vilayətinin Mxçyan kəndində yerləşən mexaniki təmir zavodunda tapılan silahların 2008-ci ilin 1 mart hadisələri ilə bağlılığı ola bilər. (Həmin gün Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın saxta yolla seçilməsinə etiraz olaraq təşkil olunan mitinq gülləbaran edilmiş, nəticədə 10 nəfər həlak olmuşdu-red.)

Emtv.az xəbər verir ki, bu barədə mətbuata Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan jurnalistlərlə söhbətində bildirib.

“Biz bu versiyanı da gözdən keçiririk. Nəticələr ekspertizanın rəyindən sonra məlum olacaq. İlkin operativ məlumatlarda buna dair işarələr gəlməkdədir”,- Vanetsyan söyləyib.

Keçmiş Baş Nazir Həbs Olunma Ərəfəsindədir

Jurnalistlərin bu silahlardan məhz Ovik Abramyanın əmri ilə atəş açıldığı ilə bağlı suallarına Vanetsyan “Mən ətraflı bir şey söyləyə bilmərəm. Yalnız ilkin operativ məlumatlara əsaslanaraq onlardan 2008-ci ilin martın 1-i və 2-də istifadə olunduğu ehtimalını dilə gətirmək olar. Bu silahlardan hüquq-mühafizə orqanlarında xidmət etməyən adamlar tərəfindən atəş açılıb”,-deyə cavab verib.

Xatırladaq ki, 2008-ci il 1 mart hadisələrinə görə keçmiş baş nazir Ovik Abramyanın qardaşı Henrix Abramyan həbs olunub.

Avqustun 6-ı və 7-də Ambik Gevorkyanın adına rəsmiləşdirilən zavodda aparılan axtarış zamanı 3 əl pulemyotu, 7 avtomat, 3 Draqunov snayper tüfəngi, 3 tüfəng, 2 tapança və çoxlu sayda patron aşkar edilərək götürülüb.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR