SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İsmayıllıda nə baş verir? – Hamını heyrətə gətirən müəmmalı hadisə

9-08-2018, 13:52 | Oxunub: 15 251 |

İsmayıllıda nə baş verir? – Hamını heyrətə gətirən müəmmalı hadisə

İsmayıllı rayonun Girk kəndində heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsi ilə bağlı araşdırma aparılır. Təsərrüfat sahiblər ilk dəfədir belə halla qarşılaşdıqlarını bildirir. Onlar heyvanların süd vəzilərinin qərəzli şəkildə insanlar tərəfindən kəsildiyini düşünür.

Emtv.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəli yerli mətbuata açıqlamasında bildirib ki, artıq əməkdaşlarının kənddə olub, heyvanlar üzərində müalicə tədbirləri həyata keçiriblər.

Onun sözlərinə görə, aparılan müayinə və müşahidələr nəticəsində heyvanlarda xəstəlik əlamətləri aşkar edilməyib: “Heyvanların süd vəzlərində müşahidə olunan hal sırf kəsilmə əməliyyatıdır. Həmin heyvanlarda heç bir xəstəlik müşahidə edilmir. Çünki bu hal xəstəlikdən baş versəydi, süd vəzilərində xəstəliyin gözlə görünən əlamətləri müşahidə edilə bilərdi. Bu vaxta qədər hər hansı xəstəlikdən heyvanların məməsinin birdən-birə düşməsi halı qeydə alınmayıb. Bununla yanaşı nümunələr götürülüb, yaxın günlərdə nəticələr açıqlanacaq. Son bir həftədir bu barədə təsərrüfat sahiblərindən müraciət edilib, bu vaxta qədər təxminən 17 baş heyvanda bu hal müşahidə olunub. Kəsilmənin insan, yoxsa vəhşi təbiət tərəfindən olması yalnız araşdırmalardan sonra təsdiqini tapacaq. Əvvəlki illərdə yırtıcılar tərəfində süd verən heyvanların əmilməsi, buna görə də südlərin azalması halları müşahidə edilib”.

Y.Xanvəli bildirib ki, süd vəzlərinin kəsimi heyvanların yalnız südvermə qabiliyyətinə təsir göstərir.

“Həmin heyvanlar ətlik kimi istifadə edilə bilər”.

Girk kənd icra nümayəndəsi Paşa Mirzəzadə Publika.az-a açıqlamasında bu gün ərzində vəziyyətin stabil olduğunu, təkrar eyni halların müşahidə edilmədiyini deyib: “Bununla yanaşı heyvanların süd vəzilərinin hansı şəraitdə qoparılması ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır. Bizdə olan məlumata görə, təxminən 6-7 təsərrüfat sahibi bu problemlə bağlı müraciət edib, onların hər birində 1-2 heyvanda bu əlamətlər müşahidə olunur”.

İcra nümayəndəsi bu vaxta qədər heyvanların süd vəzilərinin yırtıcılar tərəfindən qoparılması halını müşahidə etmədiklərini dedi:
“Heyvanların süd vəzilərinin qərəzli şəkildə kəsilməsi inandırıcı deyil. Çünki belə olan halda heyvan sakit dayanmaz, reaksiya verərdi, səs çıxarardı. Təsərrüfat sahibləri heyvanları otlaq sahələrinə nəzarətsiz buraxırlar. Dağlıq ərazidir, ola bilər ki, həmin vaxtda gəmiricilər tərəfindən süd vəziləri qoparılsın. Bu hallardan qorunmaq üçün heyvanlarını həyətyanı sahələrində saxlamalıdırlar. Hər halda dəqiq səbəb analizlərin nəticəsindən sonra bəlli olacaq”.


Elçin Nuruşlu,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR