SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Soyuducu anbarlara 3 min tona yaxın məhsul qəbul edilib

9-08-2018, 12:35 | Oxunub: 7 307 |

Soyuducu anbarlara 3 min tona yaxın məhsul qəbul edilib

İyun ayından etibarən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbarlara meyvə və tərəvəzin qəbulu aparılır.

Emtv.az xəbər verir ki, Muxtar respublikanın İqtisadiyyat Nazirliyindən yerli mətbuata bildiriblər ki, kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə avqustun 1-dək soyuducu anbarlara tələbatdan artıq istehsal edilmiş 2942,12 tona yaxın məhsul qəbul olunub. Bunun 2875,83 tonu kartof, 4,28 tonu soğan, 27 tonu ərik, 14,23 tonu alma, 0,2 tonu sarımsaq, 13,35 tonu kələm məhsuludur. Hazırda sоyuducu аnbаrlаr tərəfindən kartof 25-40, soğan 25-35, alma isə 50-80 qəpiyə tədarük edilir.

Yerli investisiyalar əsasında muxtar respublikada soyuducu anbarların ümumi tutumu 14 min 245 tona çatdırılıb. Bu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı artırmağa imkan verir. Eyni zamanda, anbarların hər biri yeni iş yerlərinin açılması ilə yanaşı, əhalinin meyvə-tərəvəz məhsullarına tələbatının bütün fəsillərdə yerli istehsal hesabına ödənilməsində mühüm rola malikdir.

Naxçıvanda sahibkarlığın yeni mərhələyə qədəm qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrində innovasiyaların tətbiqi genişlənir. Belə gəlirli sahələrdən biri də istixana kompleksləridir. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır. Hazırda muxtar respublikada 129 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 22 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində Şərur rayonunun Arpaçay kəndində fiziki şəxs Abdulla Adıgözəlova istixana təsərrüfatını genişləndirmək üçün 50 min manat həcmində maliyyə dəstəyi göstərilib.

Bu il istixana komplekslərində yetişdirilən 358 ton tərəvəz məhsulları istehlak bazarını davamlı təchiz edib.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 35 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, 704 halda səyyar laboratoriya yoxlamaları aparılıb və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.

Muxtar respublikada bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, aqrar sahədə müsbət irəliləyişlər əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Rəvan Yurdsuz,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR