Son dəqiqə: Pentaqonun silahlandırdığı PKK/YPG terrorçuları silahı ABŞ əsgərlərinə tuşladılar – Ölü və yaralılar var » EMTV.az
09 avq 10:16Oxunub: 346 |

Son dəqiqə: Pentaqonun silahlandırdığı PKK/YPG terrorçuları silahı ABŞ əsgərlərinə tuşladılar – Ölü və yaralılar var

Son dəqiqə: Pentaqonun silahlandırdığı PKK/YPG terrorçuları silahı ABŞ əsgərlərinə tuşladılar – Ölü və yaralılar var

Suriyada ABŞ hərbçiləri ilə Vaşinqtonun rəsmən dəstəklədiyi PKK/YPG terrorçuları arasında silahlı qarşıdurma baş verib.

Emtv.az xəbər verir ki, ABŞ-ın Deyrizordakı bazasında çavuş Kameron Halkovicin bölgəyə gələn mülki yaralı ərəblərə kömək etdiyi üçün PKK/YPG terrorçuları tərəfindən ayağından vurulduğu bildirilir. Bundan sonra yaşanan qarşıdurma nəticəsində ABŞ ordusunun əsgəri Kane Dovneyin çavuşu yaralayan PKK/YPG terrorçusunu öldürdüyü qeyd edilir.

ABŞ-ın “Task and Purpose” saytının yazdığına görə, Pentaqon baş vermiş silahlı qarşıdurmanın üstünü örtməyə çalışıb.

Baş vermiş qarşıdurmadan sonra, Halkovic “Bənövşəyi Ürək”, Dovney isə Halkovicin həyatını xilas etdiyi üçün, əsası “Müştərək Xidmət Təşəkkür” medalı ilə təltif edilib.

ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı, ordu generalı Cozef Votel Anadolu Agentliyinin baş vermiş hadisə ilə bağlı sualından yayınmağa çalışıb.

“Xəbəri gördüm. Bu mövzuda şərh vermədən əvvəl komandamla danışmalıyam” – Votel belə deyib.

Fəridə Yaşar,
Emtv.az

Paylaş:
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 490
XƏBƏR LENTİ

Reklam
Məzənnə