SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Lotu Qulinin adamlarını Qazaxıstanda tutdular, Ukraynada güllələdilər

8-08-2018, 16:29 | Oxunub: 9 454 |

Lotu Qulinin adamlarını Qazaxıstanda tutdular, Ukraynada güllələdilər

Qazaxıstanın güc strukturları azərbaycanlı “vor zakon” Nadir Səlifovun (Lotu Qulinin) kriminal klanının öz nüfuz dairəsini Qazaxıstana yaymaq cəhdinin qarşısını alıblar.

Emtv.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, DİN və MTK-nın Akmola vilayəti ərazisində birgə həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində odlu silahın və narkotik vasitələrin qeyri-qanuni saxlanmasında şübhəli bilinən Azərbaycan vətəndaşı, 1986-cı ildə anadan olmuş Əliyev Orxan Qulu oğlu saxlanılıb.

Orxan Əliyevin saxlanılması

Aparılan axtarış zamanı onun üzərindən 8 gülləsi olan 1 tapança, 1 qumbara və içərisində kokain narkotik vasitısi olan bükümlər aşkarlanıb. Fakt üzrə Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 187.3 və 296.3 maddələri ilə istintaq araşdırması aparılır.
Məlum olub ki, Orxan Əliyev keçmiş sovet məkanının kriminal dünyasının liderlərindən biri olan “vor zakon” Nadir Səlifovun emissarıdır. Orxan Əliyev Qazaxıstana 2018-ci ilin iyul ayının 5-də gəlib və ona ölkədə Səlifovun nəzarəti altında olacaq gizli cinayətkar dəstə yaradılması və azərbaycanlı millətindən olan iş adamlarına onun qəyyumluğunun sırınması tapşırlıb.

Saxlanıldığı ana qədər Orxan Əliyev Astana, Akmola, Kostanay və Şimali Qazaxıstan vilayətlərində azərbaycanlı sahibkarlarla bir sıra görüşlər keçirib və onları mütəmadi olaraq “xərac” verməyə məcbur edib.

2013-2015-ci illərdə xüsusi xidmət orqanlarının genişmiqyaslı əməliyyatı nəticəsində ölkədə kriminal dünyanın nümayəndələrinin fəaliyyətinin neytrallaşdırılmasından sonra bu, Qazaxıstanda kriminal aləmin ilk belə iri aksiyasıdır.

Lotu Quli

O vaxt transmilli cinayətkar cəmiyyətlərin yaradılması, onlarda iştirak və maliyyələşdirilməsi ittihamları ilə 59 kriminal element mühakimə olunmuşdu. Mühakimə olunanlar arasında həmin dəstələri himayə edən hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri də vardı. Bir sıra “vor zakon”lar beynəlxalq axtarışa verilib ki, onların arasında M.Canqveladze (“Merab Suxumski”), K.Kolbayev (“Qamçı”), S.Əhmədov (“Samara”) da var. Bu şəxslər “kriminal kassa”nın yığımı üzrə cinayətkar fəaliyyətə bilavasitə rəhbərliyi həyata keçiriblər.

Beləliklə, Qazaxıstan praktiki olaraq oğru dünyasının nümayəndələrindən təmizlənmiş, onların yerli cinayətkar mühitə təsiri minimuma endirilmişdi.

Öldürülmüş Salman Əsgərov

Qeyd edək ki, son günlər Ukraynada da əsl kriminal müharibə başlayıb. Burada Lotu Quli ilə Oleq Bakinskinin kriminal klanları toqquşub. “Razborka”ların nəticəsində Azərbaycan vətəndaşları Salman Əsgərov və Davud Ağayev öldürülüblər.

Bundan başqa, ötən həftə Ukrayna Milli Polisinin əməkdaşları tərəfindən Lotu Qulinin bir neçə ildir beynəlxalq axtarışda olan daha bir köməkçisi Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.

Rəvan Yurdsuz,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR