Əfqanıstanda "Taliban" qruplaşmasının əsirliyində olan 10 nəfər azad edildi » EMTV.az
08 avq 16:10Oxunub: 402 |

Əfqanıstanda "Taliban" qruplaşmasının əsirliyində olan 10 nəfər azad edildi

Əfqanıstanda "Taliban" qruplaşmasının əsirliyində olan 10 nəfər azad edildi

Əfqanıstan ordusunun xüsusi təyinatlı dəstəsinin keçirdiyi əməliyyat nəticəsində "Taliban" qruplaşmasının girovluğunda olan 10 nəfər azad edilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Əməliyyat ölkənin Hilmənd vilayətinin Musa Qala mahalında keçirilib. Girovluqdan azad edilənlərin dördü polis məmuru, qalanları isə mülki şəxslərdir.

Azad edilənlər milli ordunun yaxınlıqdakı bölməsinə çatdırılıb, onlara bütün lazımi tibbi yardım göstərilib.

Rəvan Yurdsuz,
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 490
XƏBƏR LENTİ

Reklam
Məzənnə