Birləşmiş Ərəb Əmirlikləri parçalanma ərəfəsində – Dubay əmiri Əbu Dabiyə qarşı üsyan bayrağı açdı » EMTV.az
08 avq 13:35Oxunub: 322 |

Birləşmiş Ərəb Əmirlikləri parçalanma ərəfəsində – Dubay əmiri Əbu Dabiyə qarşı üsyan bayrağı açdı

Birləşmiş Ərəb Əmirlikləri parçalanma ərəfəsində – Dubay əmiri Əbu Dabiyə qarşı üsyan bayrağı açdı

Türkiyənin “Diriliş Postası” qızetinin yazarı İsmail Yaşa bugünkü köşəsində “Dubai BAE’nin politikalarından rahatsız mı?” başlıqlı bir yazı yazıb.

Emtv.az olaraq həmin yazıdan bəzi hissələri təqdim edir:

Dubay BƏƏ-nin siyasətindən narahatdırmı?

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeddi əmirliyin birləşməsindən yaranan bir fedarasiya və Dubay da o əmirliklərdən biridir.

Digər əmirliklər isə Əbu-Dabi, Əş-Şarika, Ras əl-Haymə, Acman, Ummul-Kayveyn və əl-Fuceyradır.

Daha məşhur olduğu üçün çoxları Dubayı BƏƏ-nin paytaxtı hesab etsə də, ölkənin paytaxtı Dubay deyil, Əbu-Dabidir.

BƏƏ-ni hal-hazırda faktiki idarə edən Məhəmməd bin Zayəd Əbu-Dabinin vəliəhd şahzadəsidir.

Dövlətin başçısı Xəlifə bin Zayəd yox kimi bir şeydir.

Ərəb küçələrində zaman-zaman Dubay əmiri, BƏƏ-nin dövlət başçısının müavini, və baş naziri Məhəmməd bin Rəşid əl-Məktumun Əbu-Dabinin siyasətindən narahat olduğu danışılır.

Məsələn, Məhəmməd bin Rəşid əl-Məktumun Qətərdə yaşayan böhranı təsdiqləmədiyi söylənilir.

Əl-Məktum ötən şənbə “Tvitter” hesabında bunları yazıb:

“Həyat mənə ərəb dünyasında siyasətə çox qarışmağın vaxt itkisi olduğunu, əxlaqı pozduğunu və mənbələrin yox edilməsinə yol açdığını öyrətdi. Xalqı üçün nələrsə etmək istəyənin çalışmaq meydanı vətəndir.Tarix buna şahiddir. Ya özündən bəhs etdirən böyük uğurlar əldə edilir, ya da kəlimələrinin və səhifələrinin heç bir dəyəri omayan boş nitqlər söylənilir”.

Daha sonra da belə deyib:

“Ərəb dünyasında həddindən çox siyasətçi var. Lakin idarəedici qıtlığı yaşanır. Problemimiz resurs deyil, idarəetmə problemidir. Çinə və Yaponiyaya baxın. Təbii resursları yoxdur, lakin haraya yetdilər. Neft, təbii qaz, su və insan resurslarına sahib olan ölkələrə baxın. Öz inkişafına belə sahib deyillər. Xalqlarına yol və elektrik enerjisi kimi fundamental xidməti belə göstərə bilmirlər”.
Məhəmməd bin Rəşid əl-Məktumun bu sözləri Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayədin macəra axataran siyasətlərinə yönəldilmiş sərt bir tənqid olaraq dəyərləndirilib.

Əl-Məktum BƏƏ-nin bölgədə bir çox ölkənin daxili işlərinə müdaxilə edərək, problemlərə yol açmasının ölkə iqtisadiyyatına zərər verdiyinin mütləq fərqindədir.

“Nyu-York Times”ın yazdığına görə, Əbu-Dabi Yəmənə müdaxilə kimi bir çox önəmli xarici siyasət qərarında digər əmirliklərin mövqeyini öyrənməyə ehtiyac hiss etməyib.

Bu durumun fedrasiyanı formalaşdıran əmirliklər arasında narazılığa yol açdığı söylənilir.

Yəməndə ölən BƏƏ əsgərlərinin çoxunun əl-Fuzeyra kimi kiçik əmirliklərdən olmasının da narazılığın miqyasını böyütdüyü ifadə edilir.

Macəra axtaran şahzadənin impulsiv qərarlarının Dubaya ziyan verməsindən Məhəmməd bin Rəşidin narahat olması çox normaldır.

Aysu Əliyeva,
Emtv.az,
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 490
XƏBƏR LENTİ

Reklam
Məzənnə