17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
İki ayağı kəsilmiş 7 yaşlı qız model oldu - Fotoları
"Həyatımı bədbin yaşamaq niyyətim yoxdur. Atam, anam məni çox sevir, mən də onları. Rəfiqələrim də var. Belədirsə, niyə ruhdan düşməliyəm ki?! Model olmaq istəyirəm".
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu balaca Deysi deyir.
7 yaşlı Deysi Mey Demetrinin ayaqları amputasiya olunub. O, ayağını 18 aylıq olanda itirib. 6 ay əvvəl model karyerasına başlayan "London Fashion Week"də altı ay əvvəl debüt edib.
Hər iki ayağının amputasiyasına, protezlər üzərində yeriməsinə rəğmən Deysi-Mey Demetri həyatını normal yaşadığını deyir.
Hədsiz yaşam enerjisi olan qızcığazda anadangəlmə çanaq hemieliyası vardı. Bu xəstəlik çox nadirdir və sadəcə, hər 40 min uşaqdan birində rast gəlinir.
Deysi hələ anasının bətnində olanda ultrasəs müayinəsi zamanı onun xəstəliyi aşkarlanmışdı. Ayaq sümüklərində fibulalar olduğundan həkimlər Deysinin həyatını xilas etmək üçün amputasiya əməliyyatını gerçəkləşdirmişdilər.
Deysi 18 aylıq olanda onun ayaqları kəsilmişdi.
Qızın valideynlərinin - 35 yaşlı Aleks Demetrinin və 36 yaşlı Kler Ridin dediklərinə görə, onlar çox ağır durumda idilər.
"Şokda idik. Günlərlə ağladım, nə edəcəyimi bilmirdim. Lakin sonra sanki ayıldıq, qərara gəldik ki, qızımızı tam sağlam uşaq kimi böyüdək. Deysi indi yaşıdları ilə oynayır, deyir-gülür, adi məktəbə gedir", - Kler Rid deyib.
Demetrilər ailəsi İngiltərənin Birmingem qraflığındakı Nortfild şəhərində yaşayırlar.
Deysinin qardaşları - 17 yaşlı Morqam və 12 yaşlı Çarli, habelə 10 yaşlı bacısı Ellanın dediklərinə görə, balaca model məşhur olmaq niyyətindədir.
AYNURƏ kƏRİMOVA, EMTV.AZ