17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Əməliyyat olunan "Toppuş bacı" danışdı: "Şou yaratmayın"
Ötən gün xərçəng xəstəliyi səbəbi ilə əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva palataya köçürülüb.
Emtv.az yerli KIV-ə istinadən bildirir ki, əməliyyatı uğurla keçən və özünü yaxşı hiss edən aktrisa açıqlama da verib. O, bəzi insanları onun xəstəliyi üzərində şou yaratdığı üçün qınayıb:
"Mənim üçün etdiyiniz dualara görə sizə təşəkkür edirəm. Hazırda Milli Onkologiya Mərkəzindəyəm, müalicə alıram. Dünən nə az, nə çox 5 saat əməliyyat olundum. Bildiyiniz kimi, uşaqlıq boynumda bədxassəli şiş var idi. Mərkəzin direktoru və həkimlərinə dərin təşəkkürümü bildirirəm. İnşaAllah, sağ-salamat yenə sənətimə dönəcəm. Yalandan xəbər yayanlara ki, mən xərçəng deyiləm, onlara üzümü tutub deyirəm, başqasının xəstəliyi üzərində şou qurmayın".
Aysu Əliyeva
Emtv.az