17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Sosial mənzillərin satışı başlayır - "Bu dəfə problem olmayacaq" - Fotoları
"Güzəştli mənzil" sisteminin fəaliyyəti təkmilləşdirilib, yaxın vaxtlarda sosial mənzillər yenidən satışa çıxarılacaq.
Emtv.az yerli KİV-ə istinadən bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyati qurumlar ilə birgə yaranmış nasazıqları tam olaraq aradan qaldırıb. Sistemin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün məsələyə nüfuzlu beynəlxalq audit şirkəti də cəlb olunub.
Mənzil İnşaatı Dövlət Agentliyinin beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlının sözlərinə görə, yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı elan veriləcək.
Bildirişlər hər bir vətəndaşa həm SMS vasitəsi ilə, həm də elektron kabinetə göndəriləcək.
Xatırladaq ki, bir müddət əvvəl "Güzəştli mənzil" əldə etmək istəyənlər mənzil seçimi mərhələsində müəyyən çətinliklər ilə üzləşmişdi. Sonda bütün problemlər nəzərə alınaraq, nəticələr ləğv edilmişdi.
Sevinc Əlimova,
Emtv.az