17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Qəzalı evdə yaşayan Xocalı sakini rayonun icra başçısından şikayətçidir - FOTOLAR
Xocalı rayonundan məcburi köçknü Qarayeva Rəsmiyyə İntizam qızı Goranboy rayonunda müvəqqəti məskunlaşdığın evin qəzalı vəziyyətdə olmasından şikayətçidir.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata şikayətçinin özü məlumat verib.
R.Qarayeva qeyd edib ki, Xocalı soyqırımı zamanı 7 gecə mühasirədə qalıb: “Məcburiyyət qarşısında Xocalıdan salamat çıxıb Goranboya köçdüm. Amma burda salamat qalıb-qalmamağın naməlumdur. Çünki məskunlaşdığım ev qəzalı vəziyyətdədi”.
Şikayətçinin sözlərinə görə, o, məksunlaşdığı evin qəzalı vəziyyətdə olması ilə bağlı Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova dəfələrlə müraciət edib: “Ev hər zaman başımıza uça bilər. Onun müraciətlərimizə cavabı “hara istəyirsən, get, şikayət elə” olub. Hara da şikayət edirik ona göndərilir. İcra başçısı da tədbir görmür. Ona görə də həyatıma ola təhlükəni nəzərə alaraq problemi ictimailəşdirməklə həll olunacağına ümid edirəm”.
Məsələ ilə bağlı icra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Aysu Əliyeva,
Emtv.az