SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan XİN Ermənistanın baş naziri və həyat yoldaşına cavab verib

26-07-2018, 15:51 | Oxunub: 5 420 |

Azərbaycan XİN Ermənistanın baş naziri və həyat yoldaşına cavab verib

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsisinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası və Azərbaycan xalqıdır. Hərbi təcavüzə və işğala məruz qalan tərəf kimi bu müharibədən 25 ildən artıqdır ən çox əziyyət çəkən Azərbaycan xalqıdır”.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuatın sorğusuna cavab olaraq Ermənistan baş naziri və onun həyat yoldaşının sülh barədə açıqlamalarını şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi “Ermənistanın baş naziri və onun həyat yoldaşı sülh təşəbbüsləri barədə danışır və münaqişənin sülh yolu ilə həll edilməli olduğunu bildirirlər. Bunu necə qiymətləndirirsiniz” sualına belə cavab verib: “Ermənistanın baş naziri “Exo Moskvı” radiosuna verdiyi müsahibədə, onun xanımı isə Moskvada səsləndirdiyi təşəbbüsdə sülh istədiklərini bəyan edirlər. Əgər onlar həqiqətən sülh istəyirlərsə, onda Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsinə son qoymalı, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməlidirlər. Nəticə etibarilə, işğala əsaslanan status-kvo dəyişdirilməli və hərbi işğal faktı aradan qaldırılmalıdır. Fundamental məsələ budur. Azərbaycan dəfələrlə bəyan edib ki, bu halda regionda davamlı sülh və sabitlik bərqərar ola bilər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların da məğzi və düsturu bundan ibarətdir.

Amma bir tərəfdən işğalı davam etdirmək, işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasətini aparmaq, yüz minlərlə məcburi köçkünün öz doğma evlərinə qayıtmasına imkan verməmək, digər tərəfdən sülhdən danışmaq qeyri-səmimi yanaşmadır və yanlış və süni ictimai təbliğatdan başqa bir şey deyildir. Ümidvar olmaq istərdik ki, Ermənistanın yeni Baş naziri və onun həyat yoldaşının bu sülh niyyətləri qeyd etdiyimiz istiqamətlərdə sözdən əmələ doğru reallaşacaqdır”.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR