SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gürcüstanda ağac kəsimi qarşıdurmaya səbəb olub, əraziyə xüsusi təyinatlılar cəlb edilib

26-07-2018, 15:18 | Oxunub: 8 041 |

Gürcüstanda ağac kəsimi qarşıdurmaya səbəb olub, əraziyə xüsusi təyinatlılar cəlb edilib

Gürcüstanın Mestia rayonunun Çuberi və Xaişi kəndlərində qanunsuz ağac kəsimi ilə bağlı aparılan istintaq qarşıdurmaya səbəb olub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları kənd sakinlərindən qanunsuz kəsilmiş ağacları müsadirə edib.

Xidmət əməkdaşları yerli sakinlərin müqaviməti ilə üzləşdiyinə görə Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunub. DİN öz növbəsində kəndlərə 200-ə yaxın xüsusi təyinatlı göndərib.

Yerli sakinlər bildiriblər ki, kəndlərdə xüsusi əməliyyat keçirilib və silahlı şəxslər onların evlərinə daxil olaraq qanunsuz kəsilmiş ağacları müsadirə ediblər. Onlar odunun əldə olunmasının kənd sakinləri üçün yeganə gəlir mənbəyi olduğunu deyiblər.

Kənd sakinləri xüsusi təyinatlılara daş ataraq polis kordonunu yarmağa cəhd ediblər. Saxlanılanların olmadığı bildirilir. Kəndlərdə hazırda vəziyyət sakit olsa da, xüsusi təyinatlılar ərazidə qalmaqdadır.

Qeyd edək ki, bu ayın əvvəlində Mestia rayonunda intensiv yağışlar və qaya uçqunu səbəbindən təbii fəlakət yaşanıb. Daşqınlar ən çox Çuberi kəndində ciddi fəsadlar yaradıb. Kəndə aparan körpülər dağılıb, yollar sıradan çıxıb. Güclü sel bir neçə evi uçurub, 20-dən çox evə isə ziyan vurub.

Aytac Məmmədli,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR