Arxivlərin fəaliyyəti diqqət mərkəzində saxlanılır » EMTV.az
20 iy 17:33Oxunub: 475 |

Arxivlərin fəaliyyəti diqqət mərkəzində saxlanılır

Arxivlərin fəaliyyəti diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində kollegiya iclası keçirilib.

Emtv.az xəbər verir ki, bu barədə idarənin rəisi Mehman Məmmədov bildirib ki, cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət arxivlərinin fəaliyyəti diqqət mərkəzində saxlanılıb, elmi-tədqiqat mərkəzləri üçün lazımi şəraiti yaradılıb, onların maddi texniki bazası möhkəmləndirilib.

Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə və rayon dövlət arxivlərinə vətəndaşlar, idarə, müəssisə və təşkilatlar tərəfindən, ümumilikdə, 1469 sosial-hüquqi xarakterli sorğu daxil olub.

Vurğulanıb ki, 2018-ci ilin müvafiq dövründə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü, görkəmli rəssam Şamil Qazıyevin anadan olmasının 110, Babək rayonunun yaranmasının 40, Naxçıvan Dövlət Musiqili Dram Teatrının 135 illik yubileyləri ilə əlaqədar arxiv sənədləri üzrə mühüm araşdırmalar aparılıb.

Sonra məruzə ətrafında çıxışlar olub.

Sonda Mehman Məmmədov kollegiya iclasına yekun vuraraq bildirib ki, 5-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 8-ci sessiyasında qarşıya qoyulan tapşırıqlardan irəli gələn vəzifələrin icrasında Dövlət Arxivinin əməkdaşları, eləcə də rayon dövlət arxiv idarələri fəal iştirak edəcəklər.

Aysu Əliyeva
Emtv.az

Arxivlərin fəaliyyəti diqqət mərkəzində saxlanılır
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə