Naxçıvanda 20 nəfər məhkumun məşğulluğu təmin olunub » EMTV.az
20 iy 17:26Oxunub: 558 |

Naxçıvanda 20 nəfər məhkumun məşğulluğu təmin olunub

Naxçıvanda 20 nəfər məhkumun məşğulluğu təmin olunub

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2018-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən mətbuata bildirilib ki, Nazir, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Süliddin Əliyev qeyd edib ki, cari ilin birinci yarısı ərzində hüquqi maarifləndirmə məsələsi diqqət mərkəzində saxlanılıb. Məhkumların saxlanma şəraitinin müasir standartlara uyğunlaşdırılması, penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi diqqət mərkəzində saxlanılıb.

Hesabat dövründə cəzaçəkmə müəssisəsində yeni daş duz üzərində oyma kursu təşkil edilib. 20 nəfər məhkumun məşğulluğu təmin olunub.

Məruzə ətrafında müzakirələr aparılıb, çıxışlar edilib.

Kollegiya iclasına ədliyyə naziri Süliddin Əliyev yekun vuraraq deyib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hüquq-mühafizə orqanlarına tapşırıqlar verib.

Həmin tapşırıqların icrası istiqamətində lazımi işlər görüləcək.

Sevinc Əlimova
Emtv.az

Naxçıvanda 20 nəfər məhkumun məşğulluğu təmin olunub
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyinin təşkilatçılığı ilə "EsmaMedia TV" İnternet kanalında Azərbaycan Mətbuatının yaranmasının 143-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
Oxunub: 1327
XƏBƏR LENTİ

Reklam
Məzənnə