2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının cədvəli təsdiq edilib » EMTV.az
20 iy 16:32Oxunub: 421 |

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının cədvəli təsdiq edilib

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının cədvəli təsdiq edilib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının cədvəlini təsdiq edib.

2020-ci il iyulun 22-dən avqustun 9-dək keçiriləcək Olimpiya Oyunlarının proqramına 33 idman növü üzrə 339 yarış daxildir.

Emtv.az xəbər verir ki, Olimpiada iyulun 24-də açılacaq. Rəsmi açılış mərasimindən iki gün əvvəl – iyulun 22-də futbol və softbol turnirləri başlanacaq.

Açılış günündə akademik avarçəkmə və kamandan oxatma yarışları keçiriləcək. Növbəti gün atletlər güllə atıcılığı, stolüstü tennis, cüdo, badminton, gimnastika, tennis və velosiped idmanı da daxil olmaqla 21 idman növündə mükafatlar uğrunda mübarizə aparacaqlar.

Olimpiya proqramında debüt idman növləri olan basketbol 3×3, steytbordinq və sörfinq yarışları birinci həftədə keçiriləcək.

Avqustun 1-də cüdo, triatlon və güllə atıcılığı üzrə qarışıq komanda turnirlərində mükafatların sahibləri məlum olacaq. Yeri gəlmişkən, bu idman növlərinin hər üçü Olimpiya Oyunlarının idman proqramına yeni daxil edilib.

Tokio-2020 Olimpiadasının sonuncu günü kişilərin marafon yarışından başlanacaq.

Bu yarış bütün Olimpiadanın kulminasiya nöqtəsi olacaq. Tokioda hər il keçirilən marafon zamanı Yaponiya paytaxtının küçələrində bir milyon insan toplaşır.

Aysu Əliyeva
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə