Süleyman Mikayılova cinayət işi açılacaq? - İDDİA » EMTV.az
19 iy 15:51Oxunub: 535 |

Süleyman Mikayılova cinayət işi açılacaq? - İDDİA

Süleyman Mikayılova cinayət işi açılacaq? - İDDİA
Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılovun fəaliyyəti araşdırılacaq. Bu barədə hökumətdəki mənbə məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, bu günlərdə sözügedən RİH-ə Maliyyə Nazirliyi və Hesablama Palatasının ekspertlərinin göndərilməsi nəzərdə tutulub.

Qaynaq iddia edir ki, ekspertlər büdcə vəsaitlərinin xərclənməsi, habelə rayona abadlıq-quruculuq işləri üçün ayrılan pulların xərclənməsini təftiş edəcək. Mənbənin söylədikləri:

"Təbii ki, istənilən rayon rəhbərinin maliyyə fəaliyyətinin araşdırlması onun üçün yaxşı nələrisə vəd etmir. Bu həm də o deməkdir ki, artıq "qələmi qırılıb". Amma burada bir məqam daha çox diqqətçəkəndir. Süleyman Mikayılov himayə altında olan icra başçısıdır və əgər onun barəsində genişmiqyaslı maliyyə təftişi qərarı verilirsə, deməli, himayədarın da gücü yetərsizdir".

Son günlər Süleyman Mikayılovun adı Avropadakı xəyanətkar mühacir şəbəkəsinə başçılıq edən "Quska" ləqəbli Hüseyn Abdullayevlə də qoşa çəkilməkdədir və onun "Quska"lı keçmişi gündəmin prioritet mövzusuna çevrilib.(dia.az)

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 490
XƏBƏR LENTİ

Reklam
Məzənnə